Modern.az

Nazir müavini Qızlar Universitetinin tələbələrinin köçürülməsindən danışdı

Nazir müavini Qızlar Universitetinin tələbələrinin köçürülməsindən danışdı

Təhsil

Bu gün, 11:24

"Bakı Qızlar Universitetində təhsil alan tələbələrin köçürülməsi ilə bağlı proseslər davam edir".

Modern.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli jurnalistlərə açıqlamasında deyib.

“Bu prosesin gedişində hər hansı məsələləri şərh etməyin o qədər də səmərəli olmadığını düşünürəm. Biz gözləməliyik ki, bu proses yekunlaşsın. İlk növbədə, tələbələrin təhsillərini davam etdirməsi üçün görülən işlər tamamlanmalıdır. Orada çalışan pedaqoji heyətin fəaliyyətinin davam etdirilib-etdirilməməsi ilə bağlı da nazirliyin müvafiq məlumatı olacaq”.

Nazir müavini qeyd edib ki, tələbələrin hamısının bir universitetə köçürülməsi mümkün olmayacaq: “Hər bir tələbənin hansı universitetə köçürüləcəyini isə hazırkı mərhələdə açıqlamaq çox çətindir”.

Qeyd edək ki, 10 iyul 2026-cı il tarixində keçirilmiş Akkreditasiya Şurasının iclasında Bakı Qızlar Universiteti üzrə müvafiq Akkreditasiya Komissiyaları tərəfindən hazırlanmış institusional və proqram akkreditasiyası üzrə yekun qiymətləndirmə hesabatları müzakirə edilib. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi 30 iyul 2026-cı il tarixli 92 nömrəli Sərəncamı ilə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, Bakı Qızlar Universitetinə verilmiş 2018-ci il 11 sentyabr tarixli EL-358/2018 nömrəli lisenziyanı ləğv edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Moskvaya dəhşətli hücum başladı - Ölənlər var