Modern.az

155 azərbaycanlı tələbə dünyanın TOP-10 universitetlərində təhsil alacaq

155 azərbaycanlı tələbə dünyanın TOP-10 universitetlərində təhsil alacaq

Təhsil

Bu gün, 11:34

2022-2028-ci illər üçün Dövlət Proqramı çərçivəsində yeni tədris ilində təhsil alacaq tələbələrdən 155-i dünyanın ilk 10 universitetində oxuyacaq.

Modern.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, digər tələbələrin qəbul olunduqları proqramlar da dünya üzrə ən rəqabətli proqramlar sırasındadır:

"Onların bu proqramlara qəbul olunması göstərir ki, Azərbaycanda həm ümumi təhsil, həm də ali təhsil səviyyəsində gənclərin hazırlığı istiqamətində ciddi iş görülüb. Bu hazırlıq sayəsində onlar xaricdə təhsillərini heç bir çətinlik çəkmədən davam etdirə bilirlər. Xüsusilə beynəlxalq olimpiada qaliblərinin və lisey məzunlarının xarici universitetlərdə müsbət imici formalaşıb. Bu da onların qabaqcıl universitetlərə və ən rəqabətli təhsil proqramlarına qəbulunu asanlaşdırır və hər kəs üçün qürur mənbəyidir".

Nazir müavini qeyd edib ki, dövlət proqramı çərçivəsində bu günə qədər artıq 2 000-dən çox gənc dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb:

"Bu, ilk növbədə, dövlətin gənclərə olan inamının təzahürüdür. Eyni zamanda Azərbaycan gənclərinin böyük potensiala və imkanlara malik olduğunun göstəricisidir. Hesab edirik ki, xaricdə təhsil alan bu gənclər ölkəyə qayıtdıqdan sonra Azərbaycanın inkişafına mühüm töhfə verəcəklər".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Moskvaya dəhşətli hücum başladı - Ölənlər var