Modern.az

Binəqədidə soyğunçuluqla məşğul olan dəstə aşkarlandı

Binəqədidə soyğunçuluqla məşğul olan dəstə aşkarlandı

18 Yanvar 2020, 14:13

 

Binəqədi rayonu ərazisində yetkinlik yaşına çatmayan şəxsə qarşı soyğunçuluq edilib. Belə ki, zərərçəkənin valideyni metronun “Azadlıq” stansiyasının yaxınlığında övladının 780 manatlıq “Samsung” markalı mobil tefonunun 3 nəfər tərəfindən soyğunçuluq yolu ilə əlindən alındığını bildirib.

 

DİN-dən Modern.az-a verilən məlumata görə, məlumat daxil olan kimi Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən cinayəti törədən şəxslərin axtarışlarına başlanılıb.

Bölmə əməkdaşlarının “isti” izlərlə keçirdikləri tədbir nəticəsində soyğunçuluq edən əvvəllər məhkum olunmuş Tərtər rayon sakini Kamran Mirzəzadə və onun birlikdə qeyd edilən cinayətdə iştirak edən daha iki nəfər yetkinlik yaşına çatmayan şəxs tutulublar. Saxlanılan şəxslərin hər biri törətdikləri cinayəti etiraf ediblər. Dəstə üzvləri əldə etdikləri mobil telefonu hadisədən sonra satdıqlarını bildiriblər.

 

Faktla bağlı 5-ci Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Dəstə üzvlərinin, xüsusən Kamran Mirzəzadənin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə mməlumat verə bilərlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır