Modern.az

Hacıqabulda ümumrayon tədbiri keçirilib - FOTO

Hacıqabulda ümumrayon tədbiri keçirilib - FOTO

Aktual

20 Yanvar 2020, 13:30

Hacıqabul rayonunda “20 Yanvar faciəsi”nin 30-cu ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə Rayon İcra hakimiyyətinin başçısı Rüstəm Xəlilov və aparatın məsul işçiləri, idarə, müəssisə və təşkilatların rəhbər şəxsləri və kollektivi, rayon hüquq mühafizə orqanları və icra strukturlarının rəhbərləri, rayon sakinləri və şəhid ailələrinin üzvləri, fəal gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

Tədbir iştirakçıları Şəhidlər xiyabanında “20 Yanvar” şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə və şəhid məzarları üstünə gül dəstələri düzərək ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən vətən övladlarının xatirəsini böyük hörmətlə anıblar. Sonra rayonun el qəbiristanlığında dəfn edilmiş şəhid məzarları da ziyarət olunub.

 

Saat 12:00-da bütün ölkə ərazisində olduğu kimi Hacıqabul rayonunda da “20 Yanvar” qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü