Modern.az

Təhsil Nazirliyi Çindən azərbaycanlı tələbələrin gətirilməsinin yollarını AXTARIR

Təhsil Nazirliyi Çindən azərbaycanlı tələbələrin gətirilməsinin yollarını AXTARIR

Təhsil

29 Yanvar 2020, 12:50

Çində təhsil alan Azərbaycanlı tələbələrin ölkəyə qaytarlması yolları araşdırılır.

 

Modern.az-ın məlumatına görə, bunu Təhsil nazirinin müavini Firudin Qurbanov jurnalistlərə açıqlamasında bildirib.

 

Nazir müavini bildirib ki, dövlət tərəfindən bu məsələ nəzarətdə saxlanılır:

 

“Bilirsiniz ki, Çin ilə Azərbaycan arasında birbaşa uçuşlar müvəqqəti dayandırılıb. İndi biz Çində təhsil alan tələbələrin ölkəmizə gətirilməsinin digər yollarını araşdırırıq. Təbii ki, burada Çin hökumətinin qoyduğu qaydalara da əməl olunmalıdır. Oradakı azərbaycanlı tələbələrin vəziyyəti də diqqət mərkəzindədir”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir