Müəllimlik peşəsinin nüfuzunın getdikcə daha da artması özünü qəbul imtahanlarının nəticələrində də göstərir. Yüksək bal toplayan gənclərin hüquq və ya tibb kimi ənənəvi ixtisaslarla yanaşı, pedaqogikanı da seçməsi təhsilin gələcəyi adına ümidverici mənzərə yaradır.
Maraqlıdır, bu il savadı və nəticəsi ilə fərqlənən və qəbul imtahanlarında 600 baldan yüksək nəticə göstərən neçə abituriyent müəllim olmağı seçib?
Modern.az xəbər verir ki, AzEdu.az mövzu ilə bağlı universitetlər arasında sorğu keçirib.
Gəncə Dövlət Universitetindən sorğuya cavab olaraq bildirilib ki, 4 nəfər tələbə 600-dən çox, 6 nəfər isə 500-dən çox bal toplayaraq müəllimlik ixtisasını seçib.
Həmin tələbələri təqdim edirik:
Ələkbərova Xədicə Radif qızı- 673.1 bal;
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası;
Gəncə şəhəri, Ə. Cavad adına 2 nömrəli tam orta məktəbin məzunu.

Qafarova Sevinc Aslan qızı- 619.6 bal;
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası;
Kəlbəcər rayonu, 69 saylı tam orta məktəbin məzunu.

Fərəcova Asiyə Siruyə qızı- 612.1 bal;
Xarici dil müəllimliyi (ingilis dili üzrə);
Gəncə şəhəri, 3 saylı tam orta məktəbin məzunu.

Həsənova Nuray Eldəniz qızı- 600.9 bal
Xarici dil müəllimliyi (ingilis dili üzrə)
Kəlbəcər rayonu, 98 saylı tam orta məktəbin məzunu

Rəfizadə Lalə Rauf qızı- 596.2 bal
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası
Gəncə şəhəri, İ.Qayıbov adına tam orta məktəbin məzunu

Hacıyeva Fatimə Elçin qızı- 596 bal
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
Gəncə şəhəri, 38 nömrəli tam orta məktəbin məzunu

İsgəndərova Aysu Habil qızı-591.4 bal
Xarici dil müəllimliyi (ingilis dili üzrə)
Kəlbəcər rayonu, 67 saylı tam orta məktəbin məzunu

Babarabova Leyla Rasim qızı-588.2 bal
Xarici dil müəllimliyi (ingilis dili üzrə)
Gəncə şəh. 1 nömrəli tam orta məktəbin məzunu

Salahova Nərgiz Saleh qızı-590.4 bal
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
Şəmkir rayonu, Yeni həyat kənd tam orta məktəbin məzunu

Hüseynova Nərmin Elnur qızı- 587.2 bal
Xarici dil müəllimliyi (ingilis dili üzrə)
Gəncə şəhəri, 21 nömrəli tam orta məktəbin məzunu
