Modern.az

Qızlar da, oğlanlar da oxuyub-anlamada zəifdir 

Qızlar da, oğlanlar da oxuyub-anlamada zəifdir 

Təhsil

Bu gün, 17:25

Azərbaycanda şagirdlərin PISA qiymətləndirməsi üzrə nəticələrində əvvəlki dövrlə müqayisədə irəliləyiş olsa da, oxuyub-anlama bacarıqları diqqət tələb edir. Təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, bu sahədə oğlan şagirdlərin göstəriciləri qızların nəticələrindən geri qalır.

Modern.az-a açıqlamasında ekspert bildirib ki, oxuyub-anlama ilə bağlı çətinliklər həm bölgələrdə, həm də paytaxtda müşahidə olunur.

“Əvvəlki illərlə müqayisədə nəticələr daha yaxşıdır. Amma bununla yanaşı, şagirdlərin oxuyub-anlama bacarıqlarında ciddi problemlər görünür. Oğlanların göstəriciləri də qızlarla müqayisədə aşağıdır. Növbəti dövrdə bu fərqin azaldılması və oxuyub-anlama bacarıqlarının inkişafı istiqamətində konkret işlər görülməlidir”, – o deyib.

Elçin Əfəndi riyaziyyat üzrə nəticələrdə də əvvəlki dövrlə müqayisədə irəliləyiş olduğunu qeyd edib. Onun sözlərinə görə, son qiymətləndirmədə qızların riyazi təfəkkür göstəriciləri oğlanların nəticələrindən yüksək olub.

Ekspert hesab edir ki, Elm və Təhsil Nazirliyi, eləcə də digər aidiyyəti qurumlar PISA nəticələrində üzə çıxan fərqləri təhlil etməli, xüsusilə oxuyub-anlama bacarıqlarının və oğlan şagirdlərin nəticələrinin yüksəldilməsini diqqətdə saxlamalıdır.

Lamiyə Cənnətzadə

Whatsapp
Bizə yazın!
Keçid et
Milyonlarla azərbaycanlını təhlükə gözləyir - Bakı nə edəcək?