Modern.az

Musa Qasımlı görüşlərini davam etdirir - FOTOLAR

Musa Qasımlı görüşlərini davam etdirir - FOTOLAR

29 Yanvar 2020, 17:44

72 saylı Yardımlı-Masallı seçki dairəsindən deputatlığa namizəd Musa Qasımlı seçicilərlə görüşlərini davam etdirir.

 

Modern.az xəbər verir ki, deputatlığa namizəd   təbliğat- təşviqat kampaniyasını  bu gün Yardımlı rayonunun   Peştəsər və Kürəkçi kəndlərində seçicilərlə birgə keçirib.

 

Kənd sakinlərinin, şəhid qohumları və yaxınlarının iştirak etdiyi görüşlərdə çıxış edənlər seçki günü səslərini Musa Qasımlıya verəcəklərini bildiriblər.

 

Deputatlığa namizəd Musa Qasımlı daha sonra rayonun görkəmli maarif xadimi Fəzail Əkbərovun şəhərdəki ev muzeyində olub. Ardınca  Horavar kəndində Fəttah müəllim Fəttayevin qardaşının yas məclisində iştirak edib.

 

Musa Qasımlı ilə görüşən seçicilər onu dəstəklədiklərini və fevralın 9-da səslərini ona verəcəklərini xüsusi qeyd ediblər.

 

Sonda Musa Qasımlı bütün seçicilərinə minnətdarlığını bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır