Modern.az

Rafiq Hüseynov Avropa çempionu oldu

Rafiq Hüseynov Avropa çempionu oldu

12 Fevral 2020, 23:55

Azərbaycan yunan-Roma güləşçisi Rafiq Hüseynov İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında 9 ildən sonra qitə birincisi olub.

 

Modern.az-ın məlumatına görə, 82 kq çəki dərəcəsində güləşçimiz finalda bolqarıstanlı Daniel Tixomirovu məğlub edib - 2:1.

 

Qeyd edək ki, Rafiq Hüseynov karyerasında ikinci dəfə Avropa çempionu olub. Bundan əvvəl pəhləvanımız 2011-ci ildə 74 kq çəkidə qitə birincisi olub.

 

Bununla da iki qızıl, dörd bürünc medal qazanan yunan-Roma güləşi millimiz Avropa çempionatlarında medalların sayına görə tarixin ən yaxşı nəticəsinə imza atıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir