Modern.az

Azərbaycanlı uşaq 35 yaşlı kişini öldürdü

Azərbaycanlı uşaq 35 yaşlı kişini öldürdü

Hadisə

21 Sentyabr 2026, 12:58

Türkiyədə azərbaycanlı yeniyetmə qətl törədib.

Modern.az yerli mediaya istinadla xəbər verir ki, hadisə Denizli vilayətinin Pamukkale qəsəbəsində qeydə alınıb.

15 yaşlı azərbaycanlı F.J. ilə 35 yaşlı Kazım Kavaklı arasında naməlum səbəbdən mübahisə yaranıb. Mübahisə zamanı yeniyetmə üzərindəki bıçaqla Kazımın sinəsinə zərbə vurub. Ağır yaralanan Kazım Kavaklı yerləşdirildiyi xəstəxanada ölüb.

Hadisədən sonra ərazidən qaçan F.J. saxlanılaraq, barəsində cinayət işi başlanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
“İsmayıl məqamı” filminin təqdimatı keçirilib