Modern.az

Bakıda çoxmərtəbəli binada YANĞIN - Yenilənib 2

Bakıda çoxmərtəbəli binada YANĞIN - Yenilənib 2

Hadisə

21 Sentyabr 2026, 18:43

Bakıda onaltımərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində mənzildə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin operativ müdaxiləsi sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

FHN-dən Modern.az-a verilən xəbərə görə, hadisə zamanı xəsarət alan olmayıb.

***

18:34

Bakının Nərimanov rayonu, Ə. Əliyev küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında mənzildə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

FHN-dən Modern.az-a bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

18:13

Bakıda çoxmərtəbəli binada yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a bildirilib ki, hadisə Nərimanov rayonu, Əliyar Əliyev küçəsində baş verib.

Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
“İsmayıl məqamı” filminin təqdimatı keçirilib