Modern.az

Ukraynada qadın deputat “erməni soyqırımı”nın qəbul olunmasına çalışır – FOTO

Ukraynada qadın deputat “erməni soyqırımı”nın qəbul olunmasına çalışır – FOTO

18 Fevral 2020, 23:20

Ukrayna Ali Radasının xanım deputatı Darya Volodina “erməni soyqırımı qurbanlarının anılması” ilə bağlı qanun layihəsini qeydə alıb.

 

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, prezident Vladimir Zelenskinin başçılıq etdiyi “Xalqın qulluqçusu” (Sluqa naroda) partiyasının üzvü olan Volodina təşəbbüsünün gündəliyə salınmasına nail olub.

Deputat 1991-ci il aprelin 16-da Donetsk şəhərində anadan olub. 2019-cu il iyulun 21-də “Xalqın qulluqçusu” partiyasının 65 nömərli namizədi kimi Radaya üzv seçilib. Darya Volodina maliyyə, gömrük və vergi komitəsinin üzvüdür.

 

Xatırladaq ki, son 10 ildə ermənilər artıq 4-cü dəfədir ki, “erməıni soyqırımı”nı Radada qəbul etdirməyə çalışıblar. 2013,2015 və 2019-cu illərdə bu qanunverici təşəbbüslər Ukrayna deputatları tərəfindən rədd edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir