Arxiv
24 Fevral 2020, 17:10 | ÖLKƏ
Prezident vəzifəli şəxsləri İranla sərhədə göndərdi - FOTO

Prezident İlham Əliyevin tapşırığı ilə Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Daxili İşlər, Fövqəladə Hallar, Səhiyyə Nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Qida Təhlükəsizliyi Agentliyinin rəhbər vəzifəli şəxsləri və mütəxəssislər İran İslam Respublikası ilə dövlət sərhədində yerləşən “Astara” və “Biləsuvar” buraxılış məntəqələrinə səfər ediblər. 

 

Bu barədə Modern.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. 

 

Səfər çərçivəsində son vaxtlar İran İslam Respublikasında müşahidə olunan “koronavirus” epidemiyasına qarşı dövlət sərhədindən buraxılış məntəqələrində həyata keçirilən qabaqlayıcı tədbirlərin gücləndirilməsi, bu xəstəliyə yoluxmalarına şübhə yaranan şəxslərin vaxtında aşkarlanması və tibbi təxliyəsi üzrə hazırlığın vəziyyəti nəzərdən keçirilib. 

 

Gücləndirilmiş iş rejimində fəaliyyət göstərən dövlət sərhədindən bura­xılış məntəqələrində ölkə ərazisinə daxil olan şəxslərin bədən həra­rətinin xüsusi avadanlıqlar vasitəsilə yoxlanıl­ması, əlavə tibbi personalın və təcili tibbi yardım avtomobillərinin birbaşa postların ərazisinə cəlb olunması və 24 saat növbəli rejimdə fasiləsiz olaraq fəaliyyət göstərmələrinin monitorinqi keçirilib.

 

Müzakirələr zamanı bu günədək xəstəliyə yoluxma ilə bağlı şübhə­lərin olmaması nəzərə alınmaqla gələcəkdə ehtimal olunan riskli hallarda birgə fəaliyyətin koordinasiya edilməsi məsələləri üzrə fikir mübadiləsi aparılıb, dövlət sərhədindən keçən şəxslərin bu epidemiya barədə maarifləndirilməsi istiqamətində müvafiq tapşırıqlar verilib. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Naxçıvanda 18 şəxsdə koronavirus aşkarlandı 6 Aprel 2020, 11:17 Qırğızıstan televızıyasında Mehriban Əliyevanın milli mədəniyyətə verdiyi töhfələrdən danışıldı 6 Aprel 2020, 11:14 Lənkəranda karantinlə bağlı tənha və ahıl vətəndaşlara baş çəkilib - FOTO 6 Aprel 2020, 11:07 “Apple” qoruyucu maskalar istehsal edəcək 6 Aprel 2020, 11:00 Hökumətin hesabatı 2 gün çəkə bilər 6 Aprel 2020, 10:53 Polisin KİTABI 6 Aprel 2020, 10:40 "Azəriqaz" müştəri xidmətlərinin iş rejimini açıqladı 6 Aprel 2020, 10:20 Ağcabədidə dəhşət: Qardaşları benzin töküb yandırdılar 6 Aprel 2020, 10:18 Nazirlik bu şəhər və rayonlarda yoxlamalar apardı - inzibati tənbeh qərarı verildi 6 Aprel 2020, 10:06 Pərviz Abdullayevi “Survivor” yarışmasından çıxarmaq İSTƏYİRLƏR 6 Aprel 2020, 10:00 Karantin rejimini pozan 5 446 nəfər məsuliyyətə cəlb edildi 6 Aprel 2020, 09:54 Xocalı polisi “Evdə qal” devizi altında aksiya keçirib - FOTO 6 Aprel 2020, 09:48 Daha üç partiya maliyyə hesabatını MSK-ya təqdim edib 6 Aprel 2020, 09:40 Koronavirus Sumqayıt küçələrini sükuta qərq edib - FOTO 6 Aprel 2020, 09:38 Həftənin ilk iş günü üçün dolların MƏZƏNNƏSİ   6 Aprel 2020, 09:32 “Azərbaycanda koronavirusa yoluxma nəzarətdən çıxsa, qarşısını almaq çətin olacaq” - Bioloqla #evdəqal SÖHBƏTİ 6 Aprel 2020, 09:25 Cəbhədə gərginlik: düşmən iriçaplı pulemyotlardan kəndlərimizi atəşə tutub 6 Aprel 2020, 09:21 8103 SMS icazə sistemi ilə bağlı ən çox verilən sualların CAVABLARI 6 Aprel 2020, 09:14 Neft 10 faizə yaxın ucuzlaşdı 6 Aprel 2020, 09:13 Hindistan 9 dəqiqə işıq saçdı 6 Aprel 2020, 09:07 Koronavirusu 48 saat içində məhv edən dərman tapılıb 6 Aprel 2020, 09:00 Çində güclü zəlzələ olub 6 Aprel 2020, 08:59 Hacı Əbdül vəfat edib   6 Aprel 2020, 08:51 Xan kimi qürurlu xalq artisti 6 Aprel 2020, 08:28 Bu ölkədə də virusa yoluxanların sayı 100 mini ötdü 6 Aprel 2020, 01:28 Koronavirusa yoluxan Boris Conson xəstəxanaya yerləşdirildi 6 Aprel 2020, 00:59 "İctimai Qərargah ictimai sektorun  potensialını tam səfərbər edəcək" - Azay Quliyev 6 Aprel 2020, 00:51 Azərbaycanda koronavirusa yoluxanlar arasında 2-3 yaşlı uşaq da var - RƏSMİ 6 Aprel 2020, 00:43 “Koronavirusa bir yoluxma 30, bəzən isə 60 insanı yoluxdurur”  - Ramin Bayramlı  6 Aprel 2020, 00:36 SMS müraciətlərinə cavab bu səbəbdən gecikir - RƏSMİ 6 Aprel 2020, 00:21 "Ölkənin internetə artan tələbatını təmin edəcəyik" - Elmir Vəlizadə 6 Aprel 2020, 00:04 Fransada 8078  nəfər koronavirusun qurbanı oldu 5 Aprel 2020, 23:46 Türkiyədəki azərbaycanlılarla bağlı son vəziyyət belədir – JURNALİST MƏHSƏTİ ŞƏRİFLƏ MÜSAHİBƏ 5 Aprel 2020, 23:29 Deputatdan çağırış: “Səbir edək ki, sabahımız dünənimizdən daha yaxşı olsun” - VİDEO 5 Aprel 2020, 23:05 Koronavirus dünyada  62 784 can aldı 5 Aprel 2020, 22:47