Arxiv
27 Fevral 2020, 17:56 | AKTUAL
UNEC-də beynəlxalq konfrans - FOTO

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Universitetlərdə akademik tədqiqatların kommersiyalaşması: Beynəlxalq reallıqlar və yeni çağırışlar” mövzusunda konfrans keçirilib.

 

Modern.az konfransda Əqli Mülkiyyət Agentliyinin İdarə heyətinin sədri, professor Kamran İmanov, AMEA-nın vitse prezidenti, akademik Dilqəm Tağıyev, UNEC-in rektoru, professor Ədalət Muradov, tanınmış elm xadimləri, ictimaiyyət nümayəndələri və universitetin professor-müəllim heyəti iştirak edib.

 

Rektor Ədalət Muradov tədbir iştirakçılarını salamlayaraq, ölkə Prezidentinin sərəncamı ilə ölkədə 27 martın Elm Günü kimi qeyd olunmasını nəzərə alaraq, UNEC-də “Elm aylığı”na start verildiyini və universitetdə 20-dən çox müxtəlif elmi tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu bildirib. Rektor konfransın mövzusunun aktuallığına toxunaraq, aparılan elmi tədqiqatların nəticələrinin kommersiyalaşdırılması üçün onun nəticələrinin elm dünyasına ötürülməsinin tələb olunduğunu qeyd edib. UNEC-də bu istiqamətdə əldə olunan uğurlu nəticələrdən danışan Ə.Muradov, son 5 ildə universitet əməkdaşlarının beynəlxalq indeksləşdirilmiş mənbələrdə çap  olunan məqalələrinin sayının 51,6 dəfə artdığını, 1991-2019-cu illərdə Web of Science-də çap olunan məqalələrin 89,5%-nin məhz son 5 ilin payına düşdüyünü deyib. Rektor elmi tədqiqatların stimullaşdırılması sisteminə uyğun olaraq, universitet büdcəsindən son 4 ildə 2 milyon manata qədər vəsaitin xərcləndiyini, təkcə reytinq sisteminin tətbiqi ilə əlaqədar, illik orta hesabla 430 min manatdan çox əlavə ödənişlər edildiyini diqqətə çatdırıb.

 

Rektor UNEC müəlliflərinin məqalələrinə istinadların sayının da ürəkaçan olduğunu bildirərək, Webometrics-in qiymətləndirməsində istinadların sayına görə, UNEC-in 2018-2020-ci illərdə Azərbaycan universitetləri arasında  lider olduğunu vurğulayıb. Ə.Muradov universitetin tədqiqatçı müəllimlərinin aldığı patentlərin sayına və bu istiqamətdə aparılan stimullaşdırıcı tədbirlərə də toxunub. Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzində qeydiyyatdan keçmiş UNEC-in ixtira və faydalı modellərinin sayının 2015-ci ildə 1, 2016-ci ildə 1, 2017-ci ildə 4, 2018-ci ildə 2, 2019-cu ildə 3 olduğunu bildirib. O, patentlərin kommersiyalaşdırılması ilə bağlı təkliflə çıxış edib. UNEC-də tədqiqatların kommersiyalaşdırılmasının institutlaşdırılması işini birgə təhlil etməklə bu sahədə yaradılacaq yeni institutun birgə idarəedilməsi məsələsinin vacibliyini deyib, universitetin müvafiq şöbəsinin büdcəsi həcmində həmin layihənin maliyyələşdirilməsinin mümkünlüyünü qeyd edib.

 

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri, professor Kamran İmanov  “Əqli mülkiyyət və elmi-tədqiqat nəticələrinin kommersiyalaşdırılması” mövzusunda tədqimatla çıxış edib. Mövzunun aktuallığından danışan K.İmanov Prezident İlham Əliyevin uğurlu xarici siyasəti və dəstəyi nəticəsində Azərbaycanda əqli mülkiyyət sahəsində zəngin milli qanunvericilik bazasının formalaşdığını bildirib. Təqdimatda  milli innovasiya sistemlərinin modelləri, bilik iqtisadiyyatına aid olan sahələrin ÜDM-dəki payı, ixtiralarla bağlı göstəricilərin dinamikası açıqlanıb. Eyni zamanda kommersiyalaşma ilə bağlı ali məktəblərin qarşısında duran vəzifələrdən söz açılıb. K.İmanov ölkədə innovasiya potensialının nəticələrdən daha yüksək olduğunu diqqətə çatdıraraq, imkanlardan səmərəli istifadənin vacibliyini vurğulayıb. Elmi fəaliyyətin müasir modelinin 3.0 universitet səviyyəsinə qaldırılmasında önəmli  məqamları açıqlayıb. Ölkədə biliklərə əsaslanan cəmiyyətin formalaşdırılmasının və insan kapitalına investisiyaların qoyuluşunun dövlətin strateji məqsədlərindən olduğunu deyən K.İmanov universitetlərlə birgə əməkdaşlığın bu sahəyə böyük töhfələr verəcəyini bildirib.

 

Konfransda çıxış edən AMEA-nın vitse prezidenti, akademik Dilqəm Tağıyev elmin rolundan, imkan və məhdudiyyətlərindən söz açıb. Akademik çıxışında elmi-texniki tərəqqinin sürətli inkişafının bəşəriyyətə təsiri və bu inkişaf nəticəsində planetimizin gələcəyi haqqında narahatlıq doğuran proqnozları açıqlayıb.

 

UNEC-in Elm və innovasiyalar üzrə prorektoru, professor Sakit Yaqubov isə “Sahibkarlıq universiteti: elm, təhsil və biznesin inteqrasiyası” mövzusunda çıxış edib. Prorektor məruzəsində universitetlərdə həyata keçirilən elmi tədqiqatların əhəmiyyətindən və ali məktəblərin sahibkarlıq funksiyasından danışıb.

 

Konfrans İqtisadiyyat üzrə Nobel mükafatçıları Maykl Kremer, Ester Duflo və Abhicit Banerci haqqında məruzələrin dinlənilməsi üzrə panel iclasında işini davam etdirib.

 

Qeyd edək ki, UNEC-də 27 fevral-27 mart tarixlərində “Elm aylığı” elan olunub. “Elm aylığı”nda maarifləndirmə  tədbirləri, elmi-praktiki seminar, dəyirmi masalar, UNEC tədqiqat  mərkəzlərinin tədbirləri, görkəmli alimlərlə görüş, kitab təqdimatları və kitab sərgisi keçiriləcək.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Təəssüf ki, qaydalara diqqətlə riayət edilmir - Pərvin Kərimzadə   4 Aprel 2020, 16:23 Goranboyda silah-sursat tapıldı 4 Aprel 2020, 16:14 SMS icazə sistemindən İSTİFADƏ QAYDALARI - VİDEO 4 Aprel 2020, 16:06 Aprel qələbəsinə dair onlayn konfrans keçirildi 4 Aprel 2020, 15:59 İqtisad Universiteti evlərdən distant təhsilə başlayır 4 Aprel 2020, 15:52 Gürcüstanda koronavirusdan ölən ilk şəxs azərbaycanlıdır 4 Aprel 2020, 15:42 Koronavirusla bağlı yeni videoçarx hazırlandı 4 Aprel 2020, 15:30 Maşını oğurlanan MSK üzvünün adı məlum oldu 4 Aprel 2020, 15:20 Koronavirusla mübarizə aparanlar vəfat etsə, onlar şəhiddirlər - Allahşükür Paşazadə 4 Aprel 2020, 15:14 Binəqədidə tənha sakinlərə ərzaq yardımı edildi 4 Aprel 2020, 15:08 Bakıda “Whatsapp”la narkotik satan şəxslər həbs olundu -FOTO 4 Aprel 2020, 14:59 Pandemiya qurbanlarının sayı 60 mini ötdü 4 Aprel 2020, 14:50 Azərbaycanda daha 78 nəfərdə koronavirus aşkarlandı - RƏSMİ 4 Aprel 2020, 14:41 Rusiyadan gələn azərbaycanlılar ölkəyə BURAXILDI 4 Aprel 2020, 14:36 Azərbaycanda 194 min çox insana evdən çıxmağa icazə verildi 4 Aprel 2020, 14:35 AŞPA həmməruzəçiləri Dağlıq Qarabağdakı qondarma “seçkiləri” tanımırlar 4 Aprel 2020, 14:26 Milli Məclisin deputatları və Aparat işçiləri xidməti vəsiqə ilə hərəkət edəcəklər 4 Aprel 2020, 14:09 Milli Məclisin iclasının vaxtı DƏYİŞDİRİLDİ 4 Aprel 2020, 13:47 Fransada 600 hərbçi koronavirusa yoluxdu 4 Aprel 2020, 13:45 Hava kəskin dəyişəcək - güclü külək, yağış, qar 4 Aprel 2020, 13:30 Heydər Əliyev Mərkəzinin binasında həmrəylik mesajı - Video - Foto 4 Aprel 2020, 13:20 MSK-nın maşını oğurlandı 4 Aprel 2020, 13:19 Qaxda karantin rejimini pozanlar həbs edildi - FOTO 4 Aprel 2020, 13:10 Hacıqabulda bir qrup yaşlı kimsəsiz şəxslərə ərzaq verildi - FOTO 4 Aprel 2020, 13:08 Rusiyada koronavirusa yoluxanlar və ölənlər artdı 4 Aprel 2020, 13:03 Bakı-Sumqayıt yolunda çıxarılan ağaclar bu rayonlara köçürüləcək - AÇIQLAMA 4 Aprel 2020, 12:54 Avtomobillə sərnişin daşıma QADAĞAN OLUNUR 4 Aprel 2020, 12:48 Sabahın HAVA PROQNOZU 4 Aprel 2020, 12:40 Evdə qal və əməliyyatları Müştəri Bank-la et! 4 Aprel 2020, 12:34 DİN-dən jurnalistlərə xəbərdarlıq: Avtomobildən şəxsi məqsədləri üçün istifadə edə bilməzsiz 4 Aprel 2020, 12:32 Heydər Əliyevlə şair Qabilin zarafatları-2 - VİDEO 4 Aprel 2020, 12:27 Koronavirus beyinə ciddi zərər vura bilər  4 Aprel 2020, 12:25 “Bakının mərkəzindən kənarda olan rayonlarda belə, internet problemi var” - Distant təhsilə əngəl 4 Aprel 2020, 12:18 Polis karantin qaydalarını pozan 3 obyekt aşkarladı 4 Aprel 2020, 12:10 Koronavirus tələb edir: Əkinə yararlı torpaqlardan səmərəli istifadə olunsun 4 Aprel 2020, 12:06