Modern.az

Ukraynada “Starlink”in fəaliyyətinə məhdudiyyət qoyuldu

Ukraynada “Starlink”in fəaliyyətinə məhdudiyyət qoyuldu

Ölkə

Bu gün, 09:59

Ukrayna ərazisində “Starlink” peyk rabitə terminallarının fəaliyyətinə yeni məhdudiyyətlərin tətbiq olunduğu bildirilir.

Modern.az xəbər verir ki, yayılan məlumatlara əsasən, ötən gecədən etibarən saatda 160 kilometrdən yüksək sürətlə hərəkət edən terminallarda rabitə əlaqəsi kəsilməyə başlayıb.

İddialara görə, yaranmış məhdudiyyətlər bir sıra mühüm hərbi missiyaların həyata keçirilməsinə mane olub.

“SpaceX” şirkətinin bu addımı ABŞ Prezidenti Donald Tramp administrasiyasının tələbi ilə ata biləcəyi ehtimal olunur. Lakin bununla bağlı hər hansı rəsmi təsdiq yoxdur.

Şirkətin rəsmi məlumatında isə Ukraynada hərəkət zamanı sürət məhdudiyyətlərinin ölkə hökuməti ilə koordinasiyalı şəkildə tətbiq edildiyi bildirilir.

Qeyd olunur ki, adi peyk rabitəsi terminalları fəaliyyətini davam etdirir.

Məhdudiyyətlərin konkret olaraq nə vaxt qüvvəyə mindiyi və hərbi əməliyyatlara təsirinin miqyası hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
YAP-dan Ərdoğanın partiyasına sərt etiraz - Bunu dayandırın!