Modern.az

Kolleclərə qəbul üçün 13 mindən çox abituriyent sənəd verib

Kolleclərə qəbul üçün 13 mindən çox abituriyent sənəd verib

5 Mart 2020, 10:24

İndiyədək ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 13072 nəfər sənəd verib.

 

Dövlət İmtahan Mərkəzindən Modern.az-a verilən məlumata görə, həmin abituriyentlərin 12682-i Azərbaycan bölməsi, 390-ı rus bölməsi üzrə sənəd verib.

 

Ərizələrin qəbulu 11 mart saat 23:59-dək davam edəcək.

 

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizetex/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər).

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır