Arxiv
16 mart 2020, 17:12 | AKTUAL
Koronavirusa görə kefinizi pozmayın - PSİXOLOQLARDAN MƏSLƏHƏT  

Koronavirusla əlaqədar təhsil müəssisələrinin bağlanması, bir aylıq xüsusi rejimin tətbiq olunması, eləcə də bəzilərinin evdən işləməsi ailə üzvlərinin birlikdə daha çox vaxt keçirməsinə şərait yaradır. Lakin insanların əksəriyyəti  vaxtlarının çox hissəsini evdə keçirdiyindən pandemiya haqqındakı xəbərlərin təsiri altına düşür və bu zamanı səmərəli şəkildə istifadə edə bilmir.

 

Bu situasiya, təbii ki, ailədaxili münasibətlərə də təsir edir. Bəs, bu məqamda ailədə sabitliyi qorumaq, yaranmış vəziyyətdən faydalı şəkildə necə yararlanmaq olar?

 

Mövzu ilə bağlı Modern.az-a danışan psixoloq Elnur Rüstəmov bildirib ki, ailəsi ilə vaxt keçirə bilmədiyindən şikayət edən valideynlər fürsətdən istifadə edə bilər:

 

“Hər ailə bir sistemdir. Ailə sistemində hər hansı bir təsir bütövlükdə tərəflərin münasibətinə bu və digər dərəcədə təsir göstərə bilir. Nəzərə almaq lazımdır ki, koronavirusla bağlı ümumtəhsil müəssisələrinin bağlanması, əlbəttə ki, ailədaxili münasibətlərə təsir göstərə bilər. Ailədaxili konfliktlərin yaranmasına da, həllinə də gətirib çıxara bilər. Bu, ailənin prosesi necə görməsindən və onun aradan qaldırılması istiqamətində hansı tədbirləri həyata keçirməkdən asılıdır. Bununla bağlı ailə olaraq birinci növbədə bərabər zaman keçirə bilərlər. Hansı ki valideynlər işlədiyi üçün övladı ilə ünsiyyət qura bilməməkdən şikayət edirdi. Bərabər harasa çıxa bilərlər. Bununla bağlı heç bir qadağa yoxdur, yalnız kütləvilik təqdir olunmur. Birlikdə film də izləyə bilərlər. Önəmli olan niyyətdir”.

 

Digər psixoloq Murad İsayev isə vaxtımızın çox hissəsini alan sosial şəbəkələrdən uzaq qalmağı, internetdən faydalı şəkildə istifadə etməyi tövsiyə edib:

 

“Əslində insanların evdə olmağı ailənin birlikdə vaxt keçirməsi üçün çox yaxşıdır. Amma çox təəssüflər olsun ki, ailələr evdə olsa da, daha çox sosial şəbəkələrdə müxtəlif gərginləşdirici xarici və yerli xəbərləri oxuduqlarına görə ailəiçi stress daha çox olur. Mən şəxsən özüm daxil olmaqla əhatəmdə olan bütün insanlara sosial şəbəkələrə girməyi qadağan etmişəm.

 

Ümumiyyətlə, virusla bağlı hamı ilkin tədbir almağın yollarını onsuz da bilir. İnsanların digər məsələlər haqqında çox məlumatı olsa da, heç bir iş görə bilməyəcək. Dövlət də insanlara, uşaqlara evdə vaxt keçirmək imkanı verir. Kinoteatra getmək önəmli deyil ki, evdə də kinoya baxmaq olar. İnternet ki bağlanmayıb”.

 

Psixoloq hazırki şəraitdə təşviş yaratmağı da düzgün hesab etmir:

 

“Şəhərdən qaçmaq da lazım deyil. Rayonlara getmək və s. kimi fikirlər yayılıb. Ajiotaja yol vermək olmaz”.

 

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gücü və şücaəti ilə düşməni qorxuya salan qəhrəman şəhidlərimiz - VİDEO 1 Dekabr 2020, 09:00 Trampın müşaviri istefa verdi 1 Dekabr 2020, 08:24 Bakıda yük avtomobilləri toqquşub - ölən var 1 Dekabr 2020, 08:10 Türkiyə Müdafiə Nazirliyindən Laçın PAYLAŞIMI 1 Dekabr 2020, 01:40 Paytaxtda “Opel” yandı 1 Dekabr 2020, 01:00 “Barselona” yeni prezidentini bu tarixdə seçəcək 1 Dekabr 2020, 00:55 İraqda daha bir SEPAH komandiri öldürüldü 1 Dekabr 2020, 00:42 Setyen "Barselona"nı məhkəməyə verdi 1 Dekabr 2020, 00:29 Azərbaycan Ordusu Laçına daxil oldu - RƏSMİ - VİDEO 1 Dekabr 2020, 00:15 Laçın bu gün Azərbaycana qaytarılır 1 Dekabr 2020, 00:01 Britaniyada daha 12 min nəfərdə yoluxma aşkarlandı 30 Noyabr 2020, 23:54 Paşinyanın istefasını tələb edən onlarla etirazçı saxlanıldı 30 Noyabr 2020, 23:47 Baş nazir koronavirusa yoluxdu 30 Noyabr 2020, 23:35 Tələbələrin ölümü ilə nəticələnən qəzanın görüntüləri yayıldı - VİDEO 30 Noyabr 2020, 23:23 Azərbaycan Gürcüstana humanitar yardım göndərdi 30 Noyabr 2020, 23:10 İtaliyada koronavirusla bağlı son vəziyyət 30 Noyabr 2020, 22:59 Türkiyədə koronavirusdan rekord ölüm 30 Noyabr 2020, 22:44 Sonuncu erməni Laçını tərk etdi - VİDEO 30 Noyabr 2020, 22:30 Çempionlar Liqası matçını ilk dəfə qadın hakim idarə edəcək 30 Noyabr 2020, 22:18 Türkiyədə qadağalar sərtləşdirildi - Ərdoğan məhdudiyyətləri açıqladı 30 Noyabr 2020, 22:05 OPEK qərarını verdi 30 Noyabr 2020, 21:58 Teledərslərin sabaha olan CƏDVƏLİ 30 Noyabr 2020, 21:46 “Barselona” Messinin bu hərəkətinə görə cərimələnəcək 30 Noyabr 2020, 21:35 “AzerTelecom”un layihəsi beynəlxalq konfransda müzakirə edilib - FOTO 30 Noyabr 2020, 21:29 Ermənistanda növbəti etiraz aksiyası 30 Noyabr 2020, 21:21 Gürcüstanda zəlzələ 30 Noyabr 2020, 21:07 Türkiyənin hərbi istehkamçıları Azərbaycana gəlib - RƏSMİ 30 Noyabr 2020, 20:54 Tramp vaksinin istifadəsinə icazə verməyə çağırdı 30 Noyabr 2020, 20:49 Gürcüstanda nazir və müavini koronavirusa yoluxdu 30 Noyabr 2020, 20:36 Nazir Günay Əfəndiyeva ilə görüşdü 30 Noyabr 2020, 20:24 Salyanda azyaşlını maşın vurdu 30 Noyabr 2020, 20:13 Qızıl və gümüş ucuzlaşdı 30 Noyabr 2020, 20:03 Nazirlik qazi Kənanı nəzarətə götürdü - anası işlə təmin edildi 30 Noyabr 2020, 19:52 Rusiya sülhməramlıları üçün növbəti maddi-texniki təminat vasitələri gətirildi - VİDEO 30 Noyabr 2020, 19:43 Şamil Ayrım İlham Əliyevi təbrik etdi 30 Noyabr 2020, 19:34
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?