Arxiv
20 mart 2020, 15:40 | İQTİSADİYYAT
Koronavirusa görə sahibkarlara və  aztəminatlı ailələrə dəstək veriləcək

Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzalanıb.

 

Sərəncamı Modern.az-a şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, "dəstək proqramı"nda məqsəd makro-iqtisadi dayanıqlığın qorunması, əhalinin sosial rifahı və iqtisadi inkişafın təmin edilməsidir:

"Vəsait dövlət büdcəsindən ayrıldığından emissiya xarakteri daşımır və pul kütləsinin artımını şərtləndirmir, beləliklə, monetar şəraiti yumşaltmaqla manatın məzənnəsinə və qiymətlərə təzyiq göstərmir. Ayrılan 1 milyard manat vəsait ÜDM-in 1,2 faizini və dövlət büdcəsinin 3,7 faizini təşkil etməklə əhəmiyyətli təsir gücünə malik olacaq. Azərbaycanda "dəstək proqramı"nın ÜDM-də və dövlət büdcəsində xüsusi çəkisi MDB məkanında bu göstərici üzrə ən yüksəkdir. Keçən il toplu maliyyə balansının gəlirlərinin (proqnoza əsasən) 34,1 milyard manatı və ya 53,5 faizini müəssisə və təşkilatların resursları təşkil edib. Toplu maliyyə balansının təhlili göstərir ki, müəssisə resurslarının 86 faizini mənfəət, 14 faizini isə amortizasiya ayırmaları təşkil edir".

 

İcraçı direktorun sözlərinə görə, "Dəstək proqramı" ilk növbədə müəssisələrin dayanıqlılığını təmin etməlidir ki, biznes ayaqda qala bilsin:

"Çünki biznesin xilası, onun iflası nəticəsində yaranan sosial-iqtisadi təsirlərin aradan qaldırılması ilə müqayisədə daha ucuz başa gəlir. "Dəstək proqramı"nın həyata keçirilməsi həm də "kölgə iqtisadiyyatı"nın azalmasına xidmət edəcək, çünki biznes dövlətdən dəstək almaq üçün həmdə balansını "ağartmalıdır". Xüsusilə, məşğulluğu daha geniş miqyasda təmin edən biznesə dəstək daha geniş olmalıdır. Məşğulluğun 14,5 faizini təmin edən ticarət və nəqliyyat vasitələrinin təmiri, 4,2 faizini təmin edən nəqliyyat və anbar təsərrüfatı, 1,6 faizini təmin edən turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizini təmin edən istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət "Dəstək proqramı"nın mərkəzində olacaq. Bütün hallarda ödənişli ictimai işlər, özünü məşğulluq və ünvanlı sosial yardım kimi layihələrin əhatə dairəsinin artırılması gündəmdədir".

V.Qasımlı bildirib ki, "Məhsul və xidmətlər hesabı"nın təhlili göstərir ki, ötən il 203,7 milyon manat təşkil edən "məhsula və idxala subsidiyalar"ı bu il daha da artırmaqla prioritet sektorları dəstəkləmək mümkündür:

"Qlobal şokların təsiri altında həm əhali, həm də müəssisələr səviyyəsində ödəməmələr və borclar problemi meydana çıxır. "Dəstək proqramı" zərər çəkən sektoralara, sahibkarlara, muzdlu işçilərə və aztəminatlı insanlarımıza dəstəyi nəzərdə tutur. Azərbaycan dövləti koronaböhranla mübarizədə heç bir xarici dəstəyə arxalanmadan, yalnız öz resursları ilə fəaliyyət göstərir. Hansı ki, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı başda olmaqla beynəlxalq qurumlar koronaböhranla mübarizədə ehtiyacı olan dövlətlərə yardım etməyə başlayıblar. Azərbaycan ÜST-ün "COVID-19 müraciəti" adlı Fonduna 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımı etməklə həm də qlobal səviyyədə sosial məsuliyyətini ifadə edib."

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Əhalinin banklardakı əmanətləri azaldı - Mərkəzi Bank 31 May 2020, 19:58 Məmmədyarov əfqanıstanlı həmkarı ilə telefonla danışdı 31 May 2020, 19:51 Formula 1 Qran-Pri yarışları iyulun əvvəlində bərpa olunacaq 31 May 2020, 19:47 Dünyanın ən yaşlı kişi sakini Ruminyada - 111 yaşında 31 May 2020, 19:38 “Renault”un 8 minədək işçisi nümayiş keçirdi 31 May 2020, 19:28 Corc Floydun ölümünə görə Londonda etiraz aksiyası 31 May 2020, 19:25 Xəzərin bu hissəsində çimərliklər açılır 31 May 2020, 19:22 Britaniyada son sutkada koronavirusdan 113 nəfər öldü 31 May 2020, 19:15 Göyçayda 10-cu sinif şagirdi kanalda batdı 31 May 2020, 19:07 Ünvanlı sosial yardımın verilməsi 1 ilə endirilir 31 May 2020, 18:58 Bakıda ana və azyaşlı oğlunu maşın vurdu 31 May 2020, 18:51 Milli Məclisin sabahkı iclasının gündəliyi AÇIQLANDI 31 May 2020, 18:20 Bankların kredit qoyuluşları azalıb 31 May 2020, 18:04 Şamaxı Rayon Ağsaqqalları Prezidentə müraciət etdilər 31 May 2020, 17:58 Rusiyada koronavirusa yoluxanların sayı 400 mini keçdi 31 May 2020, 17:52 Fındıqda aflatoksin təhlükəsi   31 May 2020, 17:46 Nazirlik yoxlama apardı - 744 obyektdə nöqsan aşkarlandı: “OBA market, “Park restoran”, “Şeyx dönər”, “Qoç ət”… 31 May 2020, 17:40 Dolların yeni aya olan MƏZƏNNƏSİ 31 May 2020, 17:35 "Dərs vaxtı"nın iyunun 1-nə olan CƏDVƏLİ 31 May 2020, 17:29 İyun ayının hava PROQNOZU 31 May 2020, 17:24 Ünvanlı sosial yardımın artıq ödənişini könüllü qaytarmayanlar məhkəməyə veriləcək 31 May 2020, 17:18 Parlamentin yaz sessiyası başa çatdı 31 May 2020, 17:16 Milli Məclisdə 9 şöbə ləğv olunub - Spiker açıqladı 31 May 2020, 17:10 Estoniyada Assosiasiya prezidenti Azərbaycanın diaspora qayğısına qiymət verdi 31 May 2020, 17:06 Azərbaycanda daha 248 nəfər koronavirusa yoluxdu - 2 nəfər öldü 31 May 2020, 17:03 Bu ölkədə koronavirusa yoluxanların sayı 500 mini keçdi 31 May 2020, 17:00 Qüdrət Həsənquliyevdən deputatlara ETİRAZ: “İmkan verin işləyək” 31 May 2020, 16:57 Azərbaycanda hərbi xidmətə çağırış başa çatdı 31 May 2020, 16:52 Azərbaycan I divizionu bərpa olunmayacaq 31 May 2020, 16:41 Dünya kubokunun azərbaycanlı qalibi Ramil Səfərova şahmat əsəri YAZDI 31 May 2020, 16:40 ABŞ-ın 25 şəhərində komendant saatı elan olundu 31 May 2020, 16:38 “Türkiyədən Azərbaycana aviabiletlərin qiyməti çox yüksəkdir” - Deputat 31 May 2020, 16:32 Keçmiş prokurorun cinayət işi məhkəməyə göndərildi 31 May 2020, 16:26 Fənn olimpiadalarının final turunun keçirilmə tarixi dəyişdirildi 31 May 2020, 16:20 Sahibə Qafarova sərəncam verdi - Milli Məclis 2 gün iclas keçirəcək 31 May 2020, 16:15