Modern.az

Tokio-2020 Olimpiadası təxirə SALINDI

Tokio-2020 Olimpiadası təxirə SALINDI

Dünya

24 Mart 2020, 17:15

Qarşıdakı aylarda Yaponiyanın paytaxtı Tokioda keçirilməli olan Yay Olimpiya Oyunları koronavurs pandemiyasına görə 2021-ci ilə təxirə salınıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın baş naziri Şinzo Abe bildirib.

O, təxirəsalma məsələsində Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxla razılığa gədiklərini bildirib: “Mən cənab Baxa yarışın gələn ilə təxirə salınmasını təkllif etdim. O, mənimlə 100 faiz razıdır” – deyə baş nazir qeyd edib.

Olimpiyadanın gələn il hansı tarixlərdə keçiriləcəyi hələlik bəlli deyil.

Qeyd edək ki, Tokio-2020 iyulun 24-dən avqustun 9-dək keçirilməli idi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!