Modern.az

Baş Nazirin müavini koronavirusa yoluxdu

Baş Nazirin müavini koronavirusa yoluxdu

Dünya

26 Mart 2020, 01:54

İspaniya hökumətinin sədrinin birinci müavini Karmen Kalvo koronavirusa (COVİD-19) yoluxub.

 

Modern.az TASS-a istinadla xəbər verir ki, bu barədə İspaniyanın Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər.Məlumatda deyilir:

 

"Baş Nazirin müavini Karmen Kalvonun koronavirus testi müsbət nəticə verib".

 

Xatırladaq ki, daha əvvəl koronavirus xəstəliyi İspaniyanın iki nazirində və baş nazirin həyat yoldaşında da aşkarlanıb.

 

Qeyd edək ki, ötən sutka İspaniyada 5,553 şəxsdə koronavirus aşkarlanıb, 454 nəfər virusdan vəfat edib.

Bu günədək İspaniyada 47,611 nəfər koronavirusa yoluxub, onlardan 3,445 nəfəri ölüb.

 

T.İSMAYIL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı