Modern.az

Goranboy YAP-çıları köməyə ehtiyacı olan ailələri ziyarət etdi - FOTO

Goranboy YAP-çıları köməyə ehtiyacı olan ailələri ziyarət etdi - FOTO

26 Mart 2020, 20:38

Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatının fəalları və könüllüləri "Sağlamlığımız milli həmrəyliyimizdədir" aksiyasını mart ayının 26-da da davam etdiriblər.

 

Modern.az-ın məlumatına görə, onlar tənha və ahılları, köməyə ehtiyacı olan ailələri ziyarət edib, tibbi və gigiyenik vasitələr paylayıblar. Həmçinin vətəndaşlara bir daha gigiyena qaydalarına riayət olunmasının əhəmiyyətini çatdırıb, özlərinin və yaxınlarının müəyyən edilimiş qayda və tövsiyələrə əməl edərək sağlamlıqlarını qorumalarının vacibliyini xatırladıblar.

 

Vətəndaşlar da öz növbələrində Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər, onları heç zaman yaddan çıxarmayan dövlətə, YAP-a fəaliyyətində uğurlar arzu ediblər.

 

Qeyd edək ki, YAP Goranboy rayon təşkilatı "Sağlamlığımız milli həmrəyliyimizdədir" adlı aksiyasını mart ayının 29-dək davam etdirəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir