Arxiv
28 mart 2020, 20:49 | ÖLKƏ
Prezidentdən mesaj: “Biz mütləq həm xəstələrə sahib çıxacağıq və çıxırıq, həm də ki, iş adamlarına”

"Dövlət bütün işləri görür. Qeyd etdiyim tədbirlər hesab edirəm ki, ən düzgün tədbirlərdir. Eyni zamanda, sahibkarları, işini itirənləri dəstəkləmək üçün mənim Sərəncamımla Nazirlər Kabinetinə bir milyard manat vəsait ayrıldı, dörd işçi qrupu yaradıldı. Bu işçi qruplarının vəzifəsi məşğulluq məsələlərini həll etmək, iqtisadi sabitliyi təmin etmək, makroiqtisadi vəziyyəti sabit saxlamaq və bizim maliyyə imkanlarımızı səfərbər etməkdir. Bu işçi qrupları fəaliyyətə başlayıb və təkliflər hazırlanır".

Modern.az  xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında deyib.

Dövlət başçısı bildirib:

"Biz mütləq həm xəstələrə sahib çıxacağıq və çıxırıq, həm də ki, iş adamlarına. Xüsusilə bildirməliyəm ki, Azərbaycanın iş adamları və Azərbaycan cəmiyyəti bu vəziyyətdə özünü çox ləyaqətlə aparır. Bilirsiniz ki, mənim təşəbbüsümlə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı və Prezidentin ehtiyat fondundan ilkin olaraq 20 milyon manat bu fonda ianə verilmişdir. Fondun fəaliyyətə başlamasından 10 gün keçməyib, dünən axşam mənə verilən məlumata görə, artıq bu fondda 90 milyon manat yığılmışdır. Bunun mütləq əksəriyyəti şirkətlər tərəfindən verilən ianələrdir. Buna görə mən Azərbaycanın biznes nümayəndələrinə təşəkkürümü bildirirəm. Onlar əsl vətənpərvərlik və həmrəylik nümayiş etdirmişlər.

Eyni zamanda, adi insanlar da imkan daxilində öz dəstəyini göstərirlər. Mənə müntəzəm olaraq məlumat verilir. Elə adam var ki, bir manat köçürür. Ona “Çox sağ ol!” deyirik. O da öz vətəndaşlıq borcunu yerinə yetirir. Deməli, onun imkanı buna çatır. Bu, bir daha göstərir ki, biz, - mən bunu demişəm, bir daha demək istəyirəm, - böyük xalqıq, ən ağır dövrdə birləşə bildik. “Biz birlikdə güclüyük!” şüarı hesab edirəm ki, bu xəstəlik başa çatandan sonra da qüvvədə olacaq. Biz bu birliyi, həmrəyliyi nümayiş etdiririk".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Nazir  icra başçısı həbs edilən rayonun polis rəisini İŞDƏN ÇIXARDI 5 İyun 2020, 12:15 “Azərişıq” həftə sonu gücləndirilmiş iş rejimində işləyəcək 5 İyun 2020, 12:12 Poçt şöbələrinin fəaliyyəti dayandırılır 5 İyun 2020, 12:10 Azərbaycan mahnısının oğurlanması ilə bağlı iddia qaldırıldı 5 İyun 2020, 12:07 İcaze.e-gov.az yenidən aktivləşdi 5 İyun 2020, 12:05 Zahid Oruc Eldar Mahmudovun Britaniyadakı mülklərindən DANIŞDI 5 İyun 2020, 12:01 Tələbə qız evlənmək istəmədiyi üçün intihar etdi 5 İyun 2020, 12:00 Rayonlarda örüş yerləri üstündə ciddi qarşıdurma var - Vahid Əhmədov 5 İyun 2020, 11:56 XİN: “Qayıtmaq istəyən vətəndaşlarımızın çoxu Rusiya və Türkiyədədir” 5 İyun 2020, 11:53 Deputatlar Latviyanın Azərbaycandakı səfirilə görüşüblər - FOTO 5 İyun 2020, 11:50 “Əliqismət Lalayev maaşımı vermir” - Çingiz Əhmədov 5 İyun 2020, 11:47 “4 iyun qiyamının nəticəsi çox acınacaqlı olub” – Əli Hüseynli 5 İyun 2020, 11:45 Komitə sədri: “Kölgə iqtisadiyyatı ilə aparılan mübarizə...” 5 İyun 2020, 11:43 TƏBİB-dən marketlərlə bağlı MÜRACİƏT   5 İyun 2020, 11:41 Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvləri təsdiqləndi - SİYAHI 5 İyun 2020, 11:39 Novruz Aslanov seçiciləri qəbul edib - FOTO   5 İyun 2020, 11:37 “Sürət Hüseynov dar ağacı qurmuşdu ki, Əli Kərimlini, İsa Qəmbəri ordan assın” 5 İyun 2020, 11:34 Rusiyada azərbaycanlı körpə həkim səhlənkarlığının qurbanı oldu 5 İyun 2020, 11:32 Özbəkistandakı azərbaycanlılara maddi dəstək göstərilib 5 İyun 2020, 11:28 Aqil Abbasdan Tarix İnstitutuna Şuşa İTTİHAMI 5 İyun 2020, 11:23 Prezident yolun tikintisinə 3,1 milyon ayırdı   5 İyun 2020, 11:18 Azərbaycan nefti yenidən ucuzlaşdı 5 İyun 2020, 11:13 “Prezidentin maskadan istifadə etməsi, hər kəs üçün nümunə olmalıdır” - Spiker 5 İyun 2020, 11:10 Azərbaycanın səbri tükənməz deyil - Bakıdan Yerevana CAVAB 5 İyun 2020, 11:06 Elektrik qatarlarının hərəkəti dayandırılır - RƏSMİ 5 İyun 2020, 11:02 Şənbə-bazar evdən çıxanları cərimə, hətta həbs gözləyir - XƏBƏRDARLIQ 5 İyun 2020, 11:02 Arvadını öldürmək istəyən şəxs təslim oldu 5 İyun 2020, 10:57 Bakıda narkotik satışı edən şəxs saxlanılıb 5 İyun 2020, 10:56 İran gəmisi batdı, 5 nəfər itkin düşdü 5 İyun 2020, 10:54 Azərbaycanda yoluxanların sayı niyə artır? – ÜST rəsmisindən CAVAB 5 İyun 2020, 10:48 Lerikdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə 28 ev tikilir 5 İyun 2020, 10:42 Bill Geyts koronovirusa qarşı vaksinlərdə çiplərin olmayacağını deyib 5 İyun 2020, 10:36 Merkel: “Almaniya tarixində ən ağır iqtisadi böhranı yaşayırıq” 5 İyun 2020, 10:29 Pandemiya dövründə bəzi xəstəliklər azalıb - Həkim səbəbləri AÇIQLADI 5 İyun 2020, 10:28 Azərbaycanlı futbol məşqçisi koronavirusa yoluxdu   5 İyun 2020, 10:25