Modern.az

Biz birlikdə qalib gələcəyik

Biz birlikdə qalib gələcəyik

Parlament

29 Mart 2020, 16:18

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili siyasət kursunda əhalinin sosial müdafiəsi və səhiyyə məsələləri həmişə prioritet istiqamət olmuşdur. Koronovirus epidemiyasının dünyada tüğyan etdiyi bu günlərdə sosial təminat və sağlamlıq məsələləri bütün ölkələrdə ön plana çıxmışdır və bu vəziyyət bir daha göstərdi ki, Azərbaycan dövləti daxili prioritetləri vaxtında və çox düzgün müəyyən etmişdir.

 

Cənab Preziden İlham Əliyevin Bakıda ölkənin ən böyük şəfa ocağı olan "Yeni klinika" tibb mərkəzinin açılışında iştirakı və tibb işçiləri ilə görüşü zamanı söylədiyi fikirlər çox böyük ictimai-siyasi əhəmiyyət daşımaqla yanaşı, bu günkü siyasi həyatımızda prioritetlərin dəqiq çərçivəsini də cızmış oldu.

 

Əvvəla, ölkənin ən müasir klinikasının koronovirus infeksiyasından əziyyət çəkən insanların istifadəsinə verilməsi və açılış mərasiminə cənab Prezidentin və Birinci Vitse- prezident hörmətli Mehriban xanım Əliyevanın qatılması Azərbaycanın bir sosial dövlət olmasının və dövlət rəhbərlərimizin bu problemə necə həssas münasibət göstərmələrinin əyani nümayişidir.

 

Cənab Prezidentin həmişə söylədiyi "bizim siyasətin mərkəzində Azərbaycan xalqı , onun sosial rifahı dayanır" - tezisi bu ağır və məsuliyyətli günlərdə bir daha öz həyati təsdiqini tapdı.

 

Dünyanı bürüyən koronovirus infeksiyası ilə mübarizədə Azərbaycan ən optimal və effektli tədbirlər görən ölkələr sırasındadır. Cənab Prezidentin klinikanın açılışı zamanı söylədiyi kimi, bizim tədbirlərimiz ardıcıldır, kompleksdir, reallığa uyğundur, bütün sosial qrupların problemləri, maraqları və imkanları nəzətə alınmaqla vaxrında atılan addımlardır.

 

Cənab Prezident koronovirus infeksiyası aşkar olunan ilk gündən vəziyyəti öz nəzarətinə götürmüş, gömrük-keçid rejimi, xaricdəki vətəndaşlarımızın təxliyəsi, Baş nzirin rəhbərlik etdiyi 24 saat ərzingə fəaliyyət göstərən Operativ Qərargahın yaradılması, diaqnostik labarotoriyaların, tibbi yardım ləvazimatlarının və dərman vasitələrinin, o cümlədən, profilaktik yardım vasitələrinin alınıb gətirilməsi tədbirləri haqqında ardıcıl götəriş və tapşırıqlar vermişdir. Hazırda ölkəfə ciddi karantin rejimi hökm sürür və hər şey hökumətin nəzarəti altındadır.

 

Eyni zamanda cənab Prezidentin Sərəncamı ilə Koronivirusla Mübarizəyə Dəstək Fondunun yaradılması və möhtərəm cənab Prezidentin və hörmətli Mehriban xanımın birillik əmək haqlarını bu Fonda ianə etməsi xalqımızın, iş adamlarının, müxtəlif sosial təbəqədən olan insanların bir məqsəd uğrunda səfərbər olunması üçün böyük stimul olmuşdur.

 

Koronovirus infeksiyasının iş adamlarına, maliyə- bank sektoruna, fiziki şıxslərə, aztəminatlı insanların həyatına göstərə biləcəyi mənfi təsirləri önləmək məqsədi ilə büdcədən Nazirlər Kabinetinə 1 milyard manat vəsait ayrılması barədə cənab Prezidentin sərəncamı da məsələyə kompleks, bütün istiqamətlər nəzərə alınmaqla yanaşmanın ifadəsidir.

 

 

Tibb işçiləri ilə görüşdə bu məsələlər haqqında ətraflı danışan cənab Prezident biznes adamlarına öz minnətdarlığını bildirməklə yanaşı, bir daha qeyd etdi ki, dövlət həmişə iş adamlarının arxasındadır və biz birlikdə bu sınaqdan da üzü ağ çıxacağıq.

 

Cənab Prezidentin çıxışında diqqət çəkən başqa bir məqam iş yerlərinin qorunub saxlanılmasının vacibliyi, vətəndaşlarımızın sosial müdafiəsinin diqqətdə saxlanılmasının vurğulanmasıdır.

 

Koronovirusla mübarizə tədbirləri görülərkən dövlət eyni zamanda həm xəstələrin, həm iş adamının, sahibkarın, həm də işçinin və sadə vətəndaşın maraqlarını göz önünə alır, onları qoruyur.

 

Dövlətə güvən və inam heç şübhəsiz ki, ekstremal şəraitdə bir daha sınanır və şükürlər osun ki, bu gün Azərbaycan xalqı Öz dövlətinə güvənir, dövlət də Öz xalqının yanındadır.

 

Cənab Prezidentin söylədiyi kimi, Azərbaycan dövləti hər zaman vətəndaşın yanındadır. Qərarlar qəbul olunarkən həm xəstələr, həm sahibkarlar, həm də işləyən insanlar nəzərə alınır. Bu çətin günlərdə Azərbaycan dövləti həm xəstələrə, həm də iş adamlarına sahib çıxdı. Budur dövlətin xalqa qayğısı!

 

Bu gün Azərbaycan dövtətinin təşəbbüsü ilə Azərbaycan sahibkarı özünün ən yaxşı otellərini təmənnasız olaraq koronovirusa görə karantində olan vətəndaşlarımızın ixtiyarına verirsə bu milli birliyimizin təntənəsidir!

 

Ölkə başçısının təşəbbüsü ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna qısa müddətdə 90 milyon manat yığılması Azərbaycan xalqının böyük xalq olduğunu, ən ağır dövrdə birləşə bildiyinin göstəricisidir!

 

Bu gün minlərlə könüllü cənab Prezidentin çağırışı ilə təmənnasız olaraq ev-ev gəzərək tənha, yaşlı insanlara sosial xidmət göstərirsə, bu bizim birlikdə yazdığımız uğur hekayəmizdir.

 

Bu gün Azərbaycan polisi öz səbirli, qayğıkeş, nümunəvi davranışı ilə hamını intizama dəvət edirsə, izahat işi aparırsa, küçələrdən, parklardan yaşlı adamları övlad qayğısı ilə evlərinə yola salırsa bu bizim qələbə marşımızın üverturasıdır.

 

Bu gün Azərbaycan jurnalistikası, ekran,efir, qələm, klaviatura ayaq üstədir, həyacan təbili çalır, çağırış edir, hamını birliyə, intizama səfərbər etməyə caba göstərir.

 

Bu gün Azərbaycanın həkimləri, orta və kiçik tibb işçiləri heç bir təmənna və minnət güdmədən həyatlarını risk altında qoyaraq "ağ donlu mələklər" kimi hər gün onlarla insanın həyatını qara ölümün pəncəsindən qoparırlarsa, ölkə başçısı onlara xüsusi münasibət sərgiləyirsə, TƏBİB in rəhbəri Ramin Bayramlı və onun komandası bir aydan çoxdur ki "dincəlmək, istirahət etmək, şənbə, bazar günü" sözlərini belə unudublar, yorğunluqdan səsi xırıldayan Səhiyyə nazirinin müavini dostum Viktor Qasımov " bizim yorulmaq haqqımız yoxdur,- deyirsə, Təcili Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev 6- cı gündür ki, yatmıram, buna sadəcə vaxt yoxdur söyləyirsə, biz bu insanlara niyə qəhrəman deməyək!

 

Bu fədakar insanların əməyinə hörmət etmək hər birimizin borcudur və bizdən tələb olunan da çox şey deyil: evdə qal, həyatda qalasan!

 

Azərbaycanda Prezident- xalq birliyi dəfələrlə sınaqdan çıxmış tarixi həqiqətdir. 2003- cü ildə - " Mən hər bir Azərbaycanlının Prezidenti olacam"- söyləyən İlham Əliyev cənablarının qətiyyətli, güclü, etibarlı əllərini milyonlarlarla vətəndaş əli sıxdı və bu birlik illərin sınağından nəinki sarsılmadı, əksinə daha da möhkəmləndi, mətinləşdi, dövlətimizə qüdrət, xalqımıza xoşbəxt və firəvan həyat bəxş etdi.

 

 

Cənab Prezidentin bu gərgin və məsuliyyətli günlərdə söylədiyi " Biz birlikdə güclüyük" tezisi heç də təkcə şüar deyil. Və ümümiyyətlə şüar deyil, cənab Prezidentin təklif etdiyi və xalqımızın qəbul etdiyi həyat tərzidir, yaşam kredosudur, inkişaf və tərəqqi formuludur.

 

Bəli, biz birlikdə güclüyük! Zaqatala və Şamaxı zəlzələlərində də, Kür-Araz daşqınlarında da, 2016-cı ilin aprel qələbəsində də, Avropa oyunları və İslam Olimpiadasının təşkilində də, Valday, Soçi, Münxen zəfərlərində də!

Biz birlikdə çox uğurlara imza atmışıq, çox çətinlikləri dəf etmişik, bütün sınaqlardan şərəflə, üzüağ çıxmışıq. Birliyimiz sayəsində koronovirus epidemiyasını da aradan qaldıracağıq, bu mübarizədən minimum itgi ilə çıxacağıq.

 

Ölkəmizin Birinci Vitse- Prezidenti hörmətli Mehriban xanım Əliyevanın xalqımıza müraciətində söylədiyi kimi:

 

"Əminəm ki, müdrik xalqımızın  ən gözəl xüsusiyyətləri – ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik!"

 

İnanıram ki, belə də olacaq, çətin günün ömrü az olar!

 

Ölkəmizin müstəqillik illərində əldə etdiyi bütün uğurların əsasında Ümummilli lider Heydər Əliyevin müdrik siyasi kursu, milli həmrəylik, Xalq-Prezident birliyi amili dayanıb.

 

Bu birlik və həmrəylik müxtəlif dövrlərdə ən mürəkkəb məsələlərin öhdəsindən uğurla gəlməyə, bütün sınaqlardan üzüağ, şərəflə çıxmağa imkan vermişdir.

 

Tarixdə müharibələr də, təbii- texnogen fəlakətlər də, epidemiyalar da olub, keçib. Qalıcı olan dövlət və millətdir!

 

Dövlətin və millətin birliyi bütün şər qüvvələrdən güclüdür. İnanıram ki, birliyimizin gücü ilə koronovirus epidemiyasını da dəf edəcəyik.

 

Cənab Prezidentin “Biz birlikdə güclüyük!” çağırışı isə uzun illər Azərbaycanın uğur və zəfər simfonyası olacaqdır”.

 

Musa Urud, Millət vəkili

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...