Modern.az

Universitetimiz dünya reytinqində ilk 100-lüyə düşdü - AÇIQLAMA

Universitetimiz dünya reytinqində ilk 100-lüyə düşdü - AÇIQLAMA

Təhsil

Bu gün, 10:33

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) BMT-nin Davamlı İnkişaf Məqsədlərindən biri olan “Yoxsulluğa son” (SDG 1) istiqaməti üzrə dünyanın 931 universiteti arasında 79-cu yerə yüksələrək ilk 100 ali təhsil müəssisəsi sırasına daxil olub.

AzMİU-nun mətbuat katibi Nicat Abdullayev Modern.az-a bildirib ki, bu nəticə universitetlə yanaşı, bütövlükdə Azərbaycan ali təhsil sistemi üçün mühüm göstəricidir:

"Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Times Higher Education Impact Rankings 2026 nəticələrində əldə etdiyi uğur universitetimizin dayanıqlı inkişaf istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasətin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin göstəricisidir”.

Mətbuat katibinin sözlərinə görə, bu nailiyyət AzMİU-da sosial inklüzivliyin təmin olunması, təhsildə bərabər imkanların yaradılması, həssas sosial qruplardan olan tələbələrin dəstəklənməsi və tələbəyönümlü sosial siyasətin həyata keçirilməsi istiqamətində görülən işlərin beynəlxalq səviyyədə tanındığını göstərir.

“Universitetimizin “Sudakı həyat” və “Quruda həyat” istiqamətləri üzrə dünyanın ən yaxşı universitetləri sırasında yer alması, həmçinin bir sıra mühüm göstəricilər üzrə ilk 400-lükdə qərarlaşması dayanıqlı inkişafın AzMİU-nun strateji fəaliyyətinin ayrılmaz hissəsinə çevrildiyini təsdiqləyir.

Əlbəttə ki, müasir ali təhsil müəssisələrinin uğuru yalnız tədris və elmi fəaliyyətlə deyil, cəmiyyətə, ətraf mühitə və sosial rifaha verdiyi töhfə ilə də ölçülür. THE Impact Rankings məhz bu meyarları qiymətləndirən ən nüfuzlu beynəlxalq reytinqlərdən biridir. AzMİU-nun bu reytinqdə dünyanın ilk 100 universiteti sırasında yer alması universitetimizin beynəlxalq nüfuzunun artdığını və qlobal dayanıqlı inkişaf gündəliyinə real töhfə verdiyini göstərir.

Əminik ki, qarşıdakı illərdə beynəlxalq əməkdaşlıqların genişləndirilməsi, sosial məsuliyyət layihələrinin artırılması və dayanıqlı inkişaf sahəsində həyata keçirilən təşəbbüslər bu nəticələrin daha da yaxşılaşmasına imkan verəcək".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada TƏŞVİŞ BAŞLADI - Ukrayna hər yeri bombalayır!