Modern.az

İcarə avtomobili ilə narkotikli sürücü tutuldu

İcarə avtomobili ilə narkotikli sürücü tutuldu

Aktual

Bu gün, 11:06

Avtomobili psixotrop maddələrin təsiri altında idarə edən sürücü saxlanılıb.

Modern.az xəbər verir ki, Lənkəran rayonu ərazisində hərəkətdə olan "Kia" markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Lənkəran ŞRPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib. Yoxlama zamanı sürücü H.Kəlbizadənin narkotik vasitədən istifadə etməsinə dair şübhələr yarandığından o tibbi müayinədən keçirilib. Nəticədə həmin şəxsin kirayə götürdüyü avtomobili psixotrop maddənin təsiri altında idarə etdiyi müəyyənləşib.

Bundan başqa, Lənkəran şəhəri ərazisində nəqliyyat vasitəsini dövlət qeydiyyat nişanlarından biri olmadan idarə olunan "Daewoo" markalı avtomobil yol polisi tərəfindən saxlanılıb. Müvafiq müayinə zamanı həmin avtomobilin sürücüsü Ş.Səfərlinin də narkotik vasitədən istifadə etdiyi müəyyən edilib.

Hər iki sürücü barəsində protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada TƏŞVİŞ BAŞLADI - Ukrayna hər yeri bombalayır!