Modern.az

Yasamal İH-nin təşəbbüsü ilə #evdəqal videosu hazırlanıb

Yasamal İH-nin təşəbbüsü ilə #evdəqal videosu hazırlanıb

Aktual

29 Mart 2020, 15:52

Əhali arasında koronavirusa yoluxma hallarını minimuma endirmək məqsədilə Yasamal Rayonu İcra Hakimiyyətinin təşəbbüsü ilə videoçarx hazırlanıb. 

 

Modern.az xəbər verr ki, təbliğat-təşviqat xarakteri daşıyan süjetdə ölkənin tanınmış şəxsləri və Yasamal rayonu sakinləri lentə alınıblar. #evdəqal kampaniyasına yeni stimul vermək məqsədi daşıyan bu videoçarxda insanlar sosial təmasları müvəqəti olaraq minimuma endirməyə səslənir. 

 

Videosüjetdə öz çağırışlarını səsləndirən şəxslər ölkə vətəndaşlarını ictimai yerlərdən uzaq durmağa və ailələri ilə evdə daha çox vaxt keçirməyə tövsiyə edirlər. Videosüjetdə çəkilmiş Azərbaycanın incəsənət xadimləri, idmançılar, müharibə veteranları və sıravi vətəndaşların sözlərinə görə, sosial özünütəcrid koronavirusa yoluxma riskini azaldacaq.  

 

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi