Modern.az

“Facebook”un sahibi jurnalistlərə 100 milyon dollar ayırdı

“Facebook”un sahibi jurnalistlərə 100 milyon dollar ayırdı

Aktual

30 Mart 2020, 17:40

“Xəbər ekosistemini dəstəkləmək, hamının dəqiq və vaxtında məlumat almasını, yerli xəbərlərə yönəlmiş jurnalistlərə kömək etmək üçün 100 milyon dollar sərmayə qoyuruq”.

 

Modern.az xəbər verir ki, bunu “Facebook” şirkətinin rəhbəri Mark Zukerberq şəxsi hesabında bildirib.

 

O, jurnalistlərin çox çətin şərtlər altında işlədiyini və bir çox informasiya agentliklərinin Koronavirus epidemiyasının yaratdığı iqtisadi təsiri altında olduğunu xüsusi vurğulayıb: “Buna görə də, biz Feysbuk Jurnalistika Layihəsi vasitəsi ilə təcili qrant fondu üçün 25 milyon dollar, jurnalist və xəbər agentliklərinə dəstək olmaq üçün 75 milyon dollar vəsait ayırmışıq. Ümid edirik ki, bu dövrdə bir çox jurnalistə kömək olacağıq ki, onlar da bizi məlumatlandırmaq üçün öz işlərini davam etdirə bilsinlər”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır