Arxiv
31 mart 2020, 09:36 | AKTUAL
“Uğurlu siyasət nəticəsində Dağlıq Qarabağ tezliklə işğaldan azad olunacaq” - Millət vəkili

"Son iki əsrdə emənilər Azərbaycan xalqına qarşı misli görünməmiş etnik təmizləmə və soyqırımı siyasəti həyata keçirib. Bu siyasət nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalaraq min illər boyu yaşadıqları tarixi torpaqlarından didərgin düşmüş, kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi mədəni abidə və yaşayış məskəni dağıdılıb".

 

Bu fikirləri Modern.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov 31 mart azərbaycanlıların soyqırım siyasətinə məruz qalmasından danışarkən deyib.

 

Deputat bildirib ki, əsrin əvvəllərində ermənilərin Bakıda, Şamaxı Quba şəhəri, Göyçay qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda və digər bölgələrimizdə xalqımıza qarşı həyata keçirdiyi soyqırım aktları nəticəsində bu ərazilərdə on minlərlə dinc əhali - qadın, uşaq, qoca yalnız milli mənsubiyyətlərinə görə vəhşicəsinə qətlə yetirilmiş, yaşayış yerləri talan edilərək viran qoyulmuş, xalqımızın milli mədəniyyət abidələri, məscidlər dağıdılmış və yandırılıb.

 

"1918-ci ildə erməni quldur dəstələri Bakıda insanlara qarşı vəhşi amansızlıq etdikləri kimi, mədəniyyət abidələrini və tarixi abidələri də vəhşicəsinə dağıtmış, məscidləri yandırmış, yerlə-yeksan ediblər. O dövrdə ermənilər Azərbaycanın qədim paytaxtı olan Şamaxıda da dəhşətli talan və vəhşiliklər törətmişlər. Şamaxının müsəlmanlar yaşayan hissəsinə od vurulmuş, 13 məhəllə məscidi və məşhur müqəddəs ocaq Cümə məscidi yandırılıb. Bu soyqırım eyni ssenari üzrə Qubada, eləcə də, digər bölgələrəmizdə də törədilib. 1988-ci ildə ermənilər yeni iddialarla çıxış etməyə başladılar. Ermənistanda yaşayan Azərbaycanlıları deportasiya etdilər. Sonrakı dövrlərdə Dağlıq Qarabağı və ətraf rayonları işğal etdilər. Bu gün də ermənilər Azərbaycanın digər bölgələrinin işğalı xülyası ilə yaşayırlar. Bunun üçün tarixi məqam və fürsət gözləyirlər".

 

Ceyhun Məmmədov mərhum əks prezident Heydər Əliyevin yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan həqiqətlərinin dünyada təbliği, erməni vəhşiliyinin ifşa olunması istiqamətində ciddi addımlar atıldığını vurğulayıb:

 

"Onun xəritə qarşısında əlində çubuqla Dağlıq Qarabağın Azərbaycanın tarixi ərazisi olmasını göstərməsi mənzərəsini çoxumuz yaxşı xatırlayırıq. Ümummilli Lider Heydər Əliyev 27 mart 1998-ci ildə «31 mart Azərbaycanlıların Soyqırımı haqqında» fərman imzalandı. Həmin dövrdən bu gün ölkəmizdə Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur, müxtəlif tədbirlər keçirilir. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qarabağın işğaldan azad olunması istiqamətində ciddi cəhdlə çalışır. Münaqişənin öz həllinin tapması üçün bütün addımlar atılır. Bütün beynəlxalq tədbirlərdə və görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi prioritet məsələlərdən birini təşkil edir. Bu gün ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində qondarma prezident və parlament seçkiləri keçirərək beynəlxalq hüququn normalarını pozmaqda davam edirlər. Beynəlxalq aləmə meydan oxumaqda davam edirlər. Biz ölkəmizdə həyata keçirilən uğurlu siyasət nəticəsində Dağlıq Qarabağın tezliklə işğaldan azad olunacağına inanırıq. Burada hər birimizin üzərinə ciddi məsuliyyət düşür. Yeni soyqırımların baş verməməsi üçün insanlarımız arasında birlik və həmrəyliyin olması xüsusi önəm daşıyır".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Deputat uşaq evlərini tənqid etdi 2 İyun 2020, 12:26 Baş nazir sərəncam imzaladı   2 İyun 2020, 12:24 Ünvanlı sosial yardımın təyinolunma müddəti azaldıldı 2 İyun 2020, 12:23 Milli Məclis maskalarla bağlı cəriməni TƏSDİQLƏDİ 2 İyun 2020, 12:20 Ali məktəblərə ərizə verən abituriyentlərin sayı AÇIQLANDI   2 İyun 2020, 12:16 “Şəhid ailələri və qazilərimiz təhqir olunur” - Vitse-spiker 2 İyun 2020, 12:11 “3 il öncə qanun qəbul etmişik, lakin işləmir” - Cavanşir Paşazadə 2 İyun 2020, 12:08 Rusiyada ilk dəfə virusdan sağalanlar yoluxanları ÜSTƏLƏYİB 2 İyun 2020, 12:05 Səməd Seyidov parlamentdə Qazaxın su problemini qaldırdı 2 İyun 2020, 12:04 Deputat: “Sosial şəbəkələr haqqında” yeni qanunun hazırlanması çox vacibdir” 2 İyun 2020, 12:00 Fermerlər süni mayalanma ilə doğulmuş buzova görə pul alacaqlar 2 İyun 2020, 11:55 Milli Məclisin iclası canlı yayımlansın - Qüdrət Həsənquliyev 2 İyun 2020, 11:50 Prezident Sumqayıtla bağlı sərəncam İMZALADI 2 İyun 2020, 11:45 “Qondarma rejimi təbrik edən deputatın köməkçisi ermənidir” 2 İyun 2020, 11:40 İyun ayında 190 manat veriləcək? - Nazirlikdən rəsmi CAVAB 2 İyun 2020, 11:38 Deputatdan Yaşıllaşdırma Təsərrüfatı Birliyinə İTTİHAM 2 İyun 2020, 11:34 Azərbaycanda ağır vəziyyətdə olan koronavirus xəstələri - VİDEO 2 İyun 2020, 11:33 Qənirə Paşayevadan Baş Nazirə ÇAĞIRIŞ 2 İyun 2020, 11:30 Bakıda karantini pozan kafe sahibi cəzalandırıldı 2 İyun 2020, 11:26 “Torpaqların böyük əksəriyyəti Bakıda olan məmurlara məxsusdur” - Deputat 2 İyun 2020, 11:21 Məktəblərdə hərbi hazırlıq dərsləri bərpa edilsin - Deputat məsələ qaldırdı 2 İyun 2020, 11:18 Ermənistanda koronavirus ŞOKU1 gündə 517 yoluxma, 19 ölüm 2 İyun 2020, 11:17 Bakı Şəhər üzrə Təhsil İdarəsi vətəndaş qəbulunu dayandırdı 2 İyun 2020, 11:07 Milli Məclis toplaşdı 2 İyun 2020, 11:01 Azərbaycan XİN İtaliyanı təbrik etdi 2 İyun 2020, 10:58 İcra başçısı bacanağına yüksək vəzifə verdi - FOTO 2 İyun 2020, 10:52 Brazliyada koronavirusdan ölənlərin sayı 30 mini keçdi 2 İyun 2020, 10:49 Azərbaycan nefti bahalaşdı 2 İyun 2020, 10:42 Supermarketlərdən spirtli içkilər oğurlayan keçmiş məhkum YAXALANDI 2 İyun 2020, 10:38 Astarada çətənə əkən şəxs saxlanıldı 2 İyun 2020, 10:34 İnternet klubda karantin qaydalarını pozan 25 nəfər cərimələndi 2 İyun 2020, 10:30 Bu rayonlarda çəyirtkə qışlaqları qeydə alındı 2 İyun 2020, 10:24 Bakıda zəncirvari qəza: Tıxac yarandı 2 İyun 2020, 10:20 Azərbaycan sərhədləri açır? - Nazirlər Kabineti açıqladı 2 İyun 2020, 10:14 Bakıda əyləncə salonlarında karantin qaydalarını pozanlar SAXLANILDI 2 İyun 2020, 10:14