Arxiv
1 Aprel 2020, 17:32 | AKTUAL
İran səfirliyi bəyanat yaydı:ABŞ-ın sanksiyaları ölkəmizi çətin vəziyyətə salıb”

“ABŞ-ın tətbiq etdiyi sanksiyalar nəticəsində yaranan acınacaqlı çətinliklər İranın ölümcül koronavirusun öhdəsindən gəlməsini demək olar ki, mümkünsüz vəziyyətə gətirib”.


Modern.az xəbər verir ki, bu barədə İran İslam Respublikasının Bakıdakı səfirliyinin bəyanatında bildirilib.

Səfirliyin bəyanatına görə, ABŞ prezidenti Donald Tramp İrana qarşı  ən sərt sanksiyalar tətbiq etməklə humanitar fəlakətə yol açır. Belə ki, sanksiyalar Covid-19 pandemiyası dövründə adi insanların əsas dərmanlardan istifadə etməsini qeyri-mümkün edir.


Məlumata görə, İranda Covid-19  virusuna yoluxanların ümumi sayı 41495 nəfərə, ölənlərin sayı 2757-ə yüksəlib.

İranın səhiyyə naziri Səid Namaki martın 30-da 61 milyondan çox insanın - 51 milyondan çoxunun telefonla yoxlandığını bildirib. Yoxlanışdan keçən şəxslərdən 218 mindən çoxuna daha ətraflı müayinə üçün təyin edilmiş və 93000 nəfər ev şəraitində müalicə alıb. 16 mindən çox adam xəstəxanaya yerləşdirilib.


Qeyd edilir ki, ABŞ-ın sanksiyaları İran iqtisadiyyatını zəiflədib. Vaşinqtonla gərginlik dərinləşib və hökumət çətin durumdadır.


“Keçən həftə cənab Donald Tramp sanksiyalarını sərtləşdirərək, İranla neft-kimya məhsullarında əhəmiyyətli əməliyyatlar etdiyinə görə dünyanın bir sıra şirkətlərini qara siyahıya saldı. ABŞ İranı dəstəkləyənləri hədəfə almaqda dəvam edir, hətta bu sadecə humanitar ticarət və İran xalqına dəstək olarsa da!

Belə bir vəziyyətdə İran Beynəlxalq Valyuta Fonduna 5 milyard dollarlıq təcili maliyyə yardımı, əlcək və maskalara lazımlı avadanlıqların siyahısı üçün müraciət edib.

ABŞ-ın İrana qarşı sanksiyaları ölkənin koronavirus xəstələrini müalicə etmək səylərini dayandırır və ölümcül virusun yayılmasına səbəb olur. Üstəlik sanksiyalar beynəlxalq bankları İranla münasibətlərdən çəkinməyə vadar edir və Avropa tibb şirkətlərinə koronavirusa qarşı mübarizədə həyati olan avadanlıqların satışına qadağa qoyur.

Ağ Ev İrana qarşı sanksiyaların qaldırılmasından imtina edir və hətta son həftələrdə bir neçə dəfə sərtləşdirib, bu da İran əhalisinin dərmanlar və tibbi avadanlıqlardan istifadəsini demək olar ki, mümkünsüz edir.

Rəsmi Tehran ABŞ-ın ölkəyə tətbiq etdiyi birtərəfli sanksiyaların pandemiya qarşı mübarizəsini ciddi şəkildə maneə törətdiyini söyləyir”, - bəyanatda deyilir.

Bildirilir ki, ABŞ tətbiq etdiyi sanksiyalarla İranda koronavirusun sürətlə yayılmasına görə məsuliyyət daşıyır.


Bəyanatda vurğulanır ki, beynəlxalq ictimaiyyət sanksiyaların qaldırılması üçun əlindən gələni etməlidir. 


“Bu gün, sanksiyalar səbəbindən, İran tibbi avadanlıq və ləvazimat ala bilməyən yeganə ölkədir. Sanksiyaların və koronavirusun birləşməsi onu daha təhlükəli və dəhşətli bir komplikasiyaya çevirir. Sanksiyalar koronavirusu daha möhkəm və böhranı daha çətinləşdirir.

Artıq qanunsuz sanksiyalara son qoymağın vaxtı çatıb. Beynəlxalq ictimaiyyət İrana sanksiyaların dayandırılmasına kömək etməlidir və bununla əlaqədar Rusiya Federasiyası, Çin, Türkiyə, Pakistan və BMT baş katibi də daxil olmaqla bir çox dövlət başçıları ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların qaldırılmasını istəyib. Bu hökumətlərin artan səyləri etik, insanpərvər və təqdirəlayiqdir.

Hüquqi baxımdan ABŞ-ın sanksiyaları təkcə İrana qarşı deyil, həm də insanlığa və beynəlxalq birliyə qarşı bir cinayətdir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakının mərkəzindən qəzəb yaradan görüntülər - VİDEO 29 May 2020, 23:46 Fransada koronavirusdan sutkalıq ölü sayı 52 nəfərədək azaldı 29 May 2020, 23:33 ABŞ Ümumdünya Səhiyyə Təşkilatı ilə əlaqələri dayandırdı 29 May 2020, 23:20 Kommersiya elektrik təyyarəsi uğurla sınaqdan keçirilib 29 May 2020, 23:09 Neft 38 dollaradək bahalaşdı 29 May 2020, 22:54 UEFA Çempionlar Liqası ilə bağlı qərar bu tarixdə veriləcək 29 May 2020, 22:38 Bakıda qonşu qonşunu bıçaqladı 29 May 2020, 22:29 Bu ərazilərdə tibbi maskadan istifadə məcburi olacaq - RƏSMİ 29 May 2020, 22:16 Deputatdan politoloqa ETİRAZ 29 May 2020, 22:07 14 yaşlı yeniyetmə bədbəxt hadisə nəticəsində öldü 29 May 2020, 21:58 Silahlı insidentdə iki nəfər yaralandı 29 May 2020, 21:47 Azərbaycanda koronavirus şübhəsi olan  289 603 nəfər olub - FOTO 29 May 2020, 21:33 Naxçıvanda komanda-qərargah məşqi keçirilib 29 May 2020, 21:22 Virus 27 121 nəfərin həyatına son qoydu 29 May 2020, 21:08 Qara dərili jurnalist belə saxlanıldı - VİDEO 29 May 2020, 20:55 Son sutkada daha 28 nəfər koronavirusdan ölüb 29 May 2020, 20:42 Makqreqor yenidən Həbiblə qarşılaşa bilər 29 May 2020, 20:31 Türkiyədə bağlanan məscidlər 74 gün sonra açılıb 29 May 2020, 20:15 ATƏT Parlament Assambleyasından Azərbaycana təbrik 29 May 2020, 20:01 Hərbi müəssisələrdə və təcridxanalarda epidemioloji vəziyyət stabildir 29 May 2020, 20:00 Nazirlikdən hava xəbərdarlığı - temperatur 4 dərəcə aşağı enəcək 29 May 2020, 19:56 Uşaq bağçaları nə vaxt açılacaq? - TƏBİB-dən AÇIQLAMA   29 May 2020, 19:52 Koronavirus xəstələri üçün 7 min çarpayı ayrılıb 29 May 2020, 19:44 Qışda koronavirusun ikinci dalğası ola bilər - RƏSMİ 29 May 2020, 19:36 Tural Gəncəliyev Qarabağ separatçılarının rəhbərinə CAVAB VERDİ 29 May 2020, 19:30 Rayonlara gediş-gəliş nə vaxt bərpa olunacaq? - RƏSMİ AÇIQLAMA 29 May 2020, 19:25 Şənbə və bazar günləri məhdudiyyətlər tətbiq olunacaq - Operativ Qərargah 29 May 2020, 19:18 190 manat iyunda da veriləcək? - RƏSMİ CAVAB 29 May 2020, 19:10 Xaricdən gələnlər arasında çox sayda koronavirusa yoluxanlar var 29 May 2020, 19:05 Koronavirus xəstələrinin evdə qalması məcburi olacaq 29 May 2020, 19:01 Yas yerlərində kütləvi yoluxma halları var - Operativ Qərargah 29 May 2020, 18:59 Azərbaycanda koronavirusdan ölənlərin yaş qrupları açıqlandı 29 May 2020, 18:51 Gəncə və Naxçıvana uçuşlar bu tarixdə bərpa olunacaq 29 May 2020, 18:47 Azərbaycanda koronavirusa yoluxanların 5 faizi uşaqlardır 29 May 2020, 18:43 Rayonlarda karantin rejimi yenidən sərtləşdirilə bilər 29 May 2020, 18:40