Modern.az

Hökumətin hesabatında nələr var?

Hökumətin hesabatında nələr var?

2 Aprel 2020, 15:32

Nazirlər Kabinetinin 2019-cu il üzrə hesabatı deputatlara paylanılıb.

 

Bu barədə Modern.az-a Milli Məclisdən məlumat verilib.

 

Hesabatda hökumətin iqtisadi, maliyyə sahəsi ilə bağlı fəaliyyəti məsələlər öz əksini tapıb.

 

2019-cu ildə makroiqtisadi indikatorda əsas amil olan ümumi daxili məhsulun (ÜDM) həcmi 2.2 faiz artaraq 81 milyard 681 milyon manata çatıb. Manatla cəlb edilmiş yeni müddətli əmanətlər üzrə orta faizlər 1.8 faiz bənd azalıb. Manatla yeni kreditlər üzrə orta faizlər isə 4.9 faiz bənd azalıb. 2019-cu ilin əvvəlindəki dollarla 62.5 faiz olub. 2019-cu ilin sonunda isə bu rəqəm 52.2 faizə enib.

 

2019-cu il ərzində Azərbaycanda inflyasiya hədəf diapazonunu qoruyub. Bununla da Azərbaycanda inflyasiya göstəricisi MDB məkanı və tərəfdaş ölkələr arasında ən aşağı səviyyədə olub. 2019-cu ilin yekunu üzrə orta illik inflyasiya 2,6 faiz təşkil etməklə, hədəf diapazonunun mərkəzindən də aşağıda olub.

 

Bildirək ki, hökumətin hesabatını aprelin 7-də Baş Nazir Əli Əsədov parlamentin iclasında təqdim edəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü