Modern.az

Bakıda 31 yaşlı kişi etil spirtindən öldü

Bakıda 31 yaşlı kişi etil spirtindən öldü

2 Aprel 2020, 18:00

Bakıda orta yaşlı kişi spirtdən zəhərlənib.

 

Modern.az-ın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonunda baş verib.

 

Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Xələfov küçəsi, döngə 2, ev 4-də yaşayan 1989-cu il təvəllüdlü Xələfov Asif Aydın oğlu yaşadığı evdə spirtdən zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzin Taksikologiya şöbəsinə gətirilib və orada ölüb.

 

İlkin araşdırma zamanı məlum olub ki, A.Xələfov spirtli içki aludəçisi olub. Araşdırmalar zamanı onun etil spirti içərək zəhərləndiyi məlum olub. Meyit müayinə olunarkən onun qan analizlərindən "metanol" zəhərli maddə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi