Modern.az

Bu müsəlman ölkəsində koronavirusdan ilk ölüm baş verdi

Bu müsəlman ölkəsində koronavirusdan ilk ölüm baş verdi

Aktual

3 Aprel 2020, 08:36

Qırğızıstanda koronavirusdan ilk ölüm faktı qeydə alınıb.

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Qırğız Respublikasının virusun yayılmasının qarşısının alınması üzrə qərargahı məlumat yayıb.

Məlumata görə, bir müddət öncə xaricdən gələn və stasionar nəzarətdə olan 61 yaşlı pasiyent dünyasını dəyişib. Onda COVID-19 infeksiyası ilə yanaşı, digər ciddi xəstəliklər də olub. Qərargahın son məlumatına görə, ötən gün ölkədə koronavirusa 9 yeni yoluxma hadisəsi qeydə alınıb. Koronavirusa yoluxanların ümumi sayı 125 nəfərdir. Onlardan 4-nün vəziyyəti ağırdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır