Modern.az

Qaxda karantin rejimini pozanlar həbs edildi - FOTO

Qaxda karantin rejimini pozanlar həbs edildi - FOTO

4 Aprel 2020, 13:10

Karantin rejim qaydalarının təmin olunması məqsədilə Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, rayon ərazisində polis əməkdaşları tərəfindən aparılan maarifləndirici söhbətlər və edilən xəbərdarlıqlara baxmayaraq, yenə də xüsusi karantin rejim qaydalarını pozan şəxslərə rast gəlinib. Belə ki, rejim qaydalarını pozaraq  heç bir zərurət olmadan çöldə gəzən 2 Qax rayon sakini- Xəyal Rəsulov və Rəsul Əminov polisin qanuni tələbinə məhəl qoymayıb, əməllərini davam etdirdiklərinə görə, saxlanılıblar. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub və baxılması üçün Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxslər inzibati həbs ediliblər.

 

Həmçinin rayon ərazisində xüsusi karantin rejim qaydalarını pozan 31 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunub.

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir