Modern.az

İstanbulda iki pandemiya xəstəxanası tikiləcək

İstanbulda iki pandemiya xəstəxanası tikiləcək

6 Aprel 2020, 23:30

İstanbulun Atatürk və Sabiha Gökçən hava limanları ərazilərində pandemiya xəstəxanaları inşa ediləcək.

Modern.az  xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mediaya açıqlamasında bildirib.

Qeyd edilib ki, hər biri min palatadan ibarət xəstəxanaların inşasının 45 gün ərzində tamamlanması planlaşdırılır.

Ölkədə 20-65 yaş arası vətəndaşlara tibbi maskaların ödənişsiz verildiyini xatırladan Rəcəb Tayyib Ərdoğan Türkiyə ərazisində maska satışının qadağan olunduğunu bildirib.

Prezident ölkədə başladılan Milli Həmrəylik Kampaniyası çərçivəsində indiyədək 1 milyard 500 milyon, SMS yolu ilə isə 43 milyon vəsaitin toplandığını bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi