Modern.az

Araz Əlizadə:Hacı Əbdül haqqında danışmağa xatirəm yoxdur

Araz Əlizadə: “Hacı Əbdül haqqında danışmağa xatirəm yoxdur”

7 Aprel 2020, 09:40

“Hacı Əbdülün yasına qatılmamışam. Dünyasını dəyişdiyini də mətbuatdan oxumuşam".

Bu fikirləri Modern.az-a Sosial-Demokrat Partiyasının sədri, sabiq deputat Araz Əlizadə "Tövbə"cəmiyyətinin sədri Hacı Əbdül Əbdülovun dünyansını dəyişməsinə münasibət bildirərkən deyib.

Araz Əlizadə mərhumu sağlığında yaxından tanımadığını da bildirib:

"Hacı Əbdüllə zamanında sıx münasibətimiz, yaxınlığımız olmayıb. Ona görə də onun haqqında danışmağa xatirəm yoxdur. Sadəcə "Allah rəhmət eləsin!" deyirəm".

Qeyd edək ki, "Tövbə" cəmiyyətinin sədri Hacı Əbdül Əbdülov dünən 79 yaşında dünyasını dəyişib. O vaxtilə eks-prezident Ayaz Mütəllibovun tərəfdarı kimi tanınmışdı. Araz Əlizadə də zamanında Mütəllibov tərəfdarı olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi