Modern.az

ABŞ-da 12 mindən artıq insan koronavirusdan öldü

ABŞ-da 12 mindən artıq insan koronavirusdan öldü

7 Aprel 2020, 23:57

ABŞ-da koronavirus qurbanlarının sayı artıb.

Modern.az xəbər verir ki, bu barədə yerli və federal hakimiyyət orqanlarının statistikası əsasında hesablamalar aparan Con Hopkins Universiteti məlumat yayıb.

Məlumata görə, hazırda ABŞ-da pandemiya qurbanlarının sayı 12 021 nəfər təşkil edir.

Məlumata görə, ölkədə koronavirusa 383 000 nəfər yoluxub. İndiyədək virusa yoluxan 20 000 insan sağalıb.


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi