Modern.az

İsmayıllıda 23 yaşlı kişinin meyiti su kanalından çıxarıldı - YENİLƏNİB 

İsmayıllıda 23 yaşlı kişinin meyiti su kanalından çıxarıldı - YENİLƏNİB 

Hadisə

26 İyun 2026, 18:41

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şirvan suvarma kanalının İsmayıllı rayonunun Qubaxəlilli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb edilib.

2003-cü il təvəllüdlü Məhərrəmov Rəvan Vaqif oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

18:12

İsmayıllıda bədbəxt hadisə baş verib.

Modern.az xəbər verir ki, rayonun Qubaxəlilli kəndində 23 yaşlı Rəvan Məhərrəmov su kanalında batıb.

Hadisə yerinə İsmayıllı rayon hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.

Hazırda onun axtarışları davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Zelenskiyə ŞOK HÜCUM! - Öldürmək istədilər - Son anda...