Modern.az

Şahmatçılarımız İtaliyada qızıl medal qazandılar

Şahmatçılarımız İtaliyada qızıl medal qazandılar

İdman

Bu gün, 21:42

İtaliyanın Montesilvano şəhərində 14, 16 və 18 yaşadək qız və oğlanlar arasında şahmat üzrə dünya çempionatında son turun partiyaları oynanılıb.

Modern.az xəbər verir ki, Azərbaycan Şahmat Federasiyasına istinadən xəbər verir ki, son tur ərəfəsində 14 yaşadək qızlar arasında yarışda lider mövqeyini qoruyan Zəhra Allahverdi çempionluğunu rəsmiləşdirib.

11-ci turda Türkiyə şahmatçısı Tuana Abakla heç-heçə oynayan Zəhra 9 xal toplamaqla dünya birinciliyinin qızıl medalına layiq görülüb.

Azərbaycan şahmatçılarından növbəti qızıl medalı 16 yaşadək kateqoriyasında çıxış edən gənc istedad Xaqan Əhməd əldə edib. Dünya çempionatı ərzində inamlı mübarizə sərgiləyən 14 yaşlılar arasında Avropa çempionu 11-ci turda FIDE təmsilçisi Qleb Şeqlovu məğlub edib. 11 turdan sonra aktivində 9,5 xalı olan Xaqan Əhməd karyerasında ilk dəfə dünya çempionu titulunu qazanıb.

83 ölkədən 750-dən çox şahmatçının mübarizə apardığı dünya çempionatında Azərbaycan şahmatçıları iki dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxacaq və onların şərəfinə Azərbaycan Himni səsləndiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada