Modern.az

DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb

DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb

İdman

Bu gün, 01:08

2026-cı il dünya çempionatında III turun oyunları davam edir.

Modern.az xəbər verir ki, ikinci oyun günündə I qrupunun iki görüşü baş tutub.

Seneqal millisi İraq ilə qarşılaşıb. Afrikalılar inamlı qələbə qazanıb: 5:0

İlk qələbəsini qazanan Seneqal qrupu 3 xalla 3-cü pillədə bitirib. "Şirlər" pley-offa yüksəlmək üçün ən yaxşı üçüncülər arasına düşməyi gözləyəcək. İraq isə keçirdiyi 3 oyunu da uduzaraq qrupu sonuncu pillədə başa vurub.

Qrupun digər matçında isə Fransa Norveçlə üz-üzə gəlib. Liderlik matçında fransızlar rəqibini 4:1 hesabıyla məğlub edərək xallarının sayını 9-a çatdırıb və qrupu ilk pillədə tamamlayıb. Norveç 6 xalla qrup ikincisi kimi 1/16 finala yüksəlib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada