Modern.az

Təyyarə göydələnə çırpıldı

Təyyarə göydələnə çırpıldı

Dünya

Bu gün, 03:50

İyunun 26-da axşamüstü yüngül mühərrikli təyyarə Pekinin ən hündür göydələninə çırpılıb.

Modern.az xəbər verir ki, bu barədə sosial mediada videolar yayılıb.

Hadisədən dərhal sonra polis göydələnin ətrafındakı yolları bağlayıb.

“CITIC Tower” və ya “China Zun” kimi tanınan bina Pekinin mərkəzi biznes rayonunda yerləşən 108 mərtəbəli göydələndir.

Şahidlərin sözlərinə görə çırpılma nəticəsində binanın 2 şüşə paneli zədələnib. Təyyarənin qalıqları yerə düşüb.

Hakimiyyət orqanları hadisə barədə heç bir məlumat verməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada