Mədəniyyət TV-nin rəhbəri Dilarə Səlim mediada AzTV-dən ayrılmasına dair yayılan məlumata münasibətini bildirib.
Modern.az xəbər verir ki, bu barədə o açıqlama verib:
"Mənim "Mədəniyyət" kanalından ayrılmağım yalandır. Bu barədə heç bir qərar verilməyib. Həmkarlardan xahiş edərdim ki, yalan məlumatlar yaymasınlar. Hazırda məzuniyyətə çıxmışam və bu səbəbdən kanalla bağlı səlahiyyətləri başqa əməkdaşa tapşırmışam. Bunu kanaldan getmək kimi təqdim etmək sadəcə qeyri-etikdir, qeyri-peşəkarlıq və məsuliyyətsizlikdir".