Modern.az

Əli Əsədov kadr islahatlarından DANIŞDI

Əli Əsədov kadr islahatlarından DANIŞDI

9 Aprel 2020, 11:32

Azərbaycan Prezidenti tərəfindən aparılan struktur və kadr islahatları Nazirlər Kabinetinin fəaliyyətinə stimul verməkdədir.

 

Modern.az-ın xəbərinə görə, bunu Baş Nazir Əli Əsədov Milli Məclisdə ötən ilə dair videohesabatda deyib.

 

Baş Nazir bildirib ki, 2019-cu il Azərbaycan üçün köklü islahatlar ili kimi yadda qalıb və cəmiyyətin bütün sahələrini əhatə edib, ölkəni yeni inkişaf mərhələsinə çıxarıb.

 

Əli Əsədov vurğulayıb ki, hesabat ili Azərbaycan üçün uğurlu il olub. O bildirib ki, son illər iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, ixrac imkanlarının genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması istiqamətində əsaslı tədbirlər həyata keçirilib, makro-iqtisadi sabitlik və dayanıqlı iqtisadi artım təmin edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir