Modern.az

Etibarlıq müddəti bitmiş sənədlərin dəyişdirilməsinin vaxtı uzadıldı

Etibarlıq müddəti bitmiş sənədlərin dəyişdirilməsinin vaxtı uzadıldı

Aktual

9 Aprel 2020, 14:40

Etibarlıq müddəti bitmiş sənədlərin dəyişdirilməsinin vaxtı uzadılıb.

 

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumatda bildirilib.

 

Qeyd edilib ki, ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi dövründə vətəndaşlarınmızın hərəkətinin məhdudlaşdırıldığı nəzərə alınaraq DİN rəhbərliyinin göstərişinə əsasən etibarlılıq müddəti bitmiş şəxsiyyət vəsiqələri, ümumvətəndaşlıq posportu, sürücülük vəsiqələri və nəqliyyat vasitələrinin idarə olunması üçün verilmiş etibarnamələr xüsusi karantin rejimi başa çatanadək etibarlı sayılacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır