Modern.az

Bakının xüsusi karantindən sonra ilk günü - FOTOREPORTAJ

Bakının xüsusi karantindən sonra ilk günü - FOTOREPORTAJ

Ölkə

18 May 2020, 21:40

Artıq bu gündən etibarən Nazirlər Kabinetinin qərarına əsasən Bakı, Sumqayıt, Gəncə şəhərlərində və Abşeron rayonunda karantin rejimi yumşaldılıb.


Belə ki, yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunub. Bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət 10 nəfərdən artıq qruplarda cəmləşməmək şərti ilə götürülüb. Restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 18:00-dək bərpa olunub (ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə istisna olmaqla). Bundan başqa  muzey və sərgi zallarının fəaliyyəti bərpa olunub.

Ən sevindirici xəbər isə, artıq aylardır ki, 65 yaşdan yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağa götürülüb.

İki aydır ki, qəribə bir sükut olan Bakı küçələrində, parklarında bu gün canlanma müşahidə olunub.


Kimisi sevgilisi, kimi övladı, kimi dostu ilə ya da elə təkbaşına qadağaının yumşaldılmasını gözləyirmiş kimi üz tutub şəhərə.

 

 

Əslində bir neçə aydır ki, insanlarsız boş görünən küçə və parklara bir rəngarənglik, hərarət qatılıb desək, yalan olmaz. Bunu sosial məsuliyyətini dərk edib uzun müddətdir ki, evdə qalan və əziyyətinin bəhrəsini görmüş kimi qərar verilər-verilməz istirahət üçün paytaxt küçələrinə axışan insanların gözündə görməmək qeyri-mümkün olardı. Bəli, onlar bu haqqı qazanıblar, məsuliyyətləri ilə, tək özlərini yox bütün cəmiyyəti düşünməkləri ilə.

 

Elə bu anılarını əbədiləşdirmək üçün Modern.az-ın əməkdaşı şəhərə, insanların arasına axışaraq şəhərin bu günkü mənzərəsini kamera ilə əbədiləşdirib.

 

Bir bayatıda deyildiyi kimi, tikmədim özüm qalam, tikdim ki, izim qala. İndi biz də, çəkdik ki, izimiz qalsın… Həmişə azadlıqda…

 

Fotolar: İsmət Paşa

 

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi