Modern.az

Şamaxının icra başçısından koronavirus AÇIQLAMASI

Şamaxının icra başçısından koronavirus AÇIQLAMASI

25 May 2020, 15:56

Xəbər verdiyimiz kimi, Şamaxı Rayon İcra Hakimiyyəti əməkdaşları COVID-19 infeksiyasının qarşısının alınması tədbirləri çərçivəsində profilaktik qaydada testdən keçirilib. Testin nəticəsinə əsasən, analiz 1 nəfərdə müsbət çıxıb və virus aşkarlanan şəxs xüsusi rejimli xəstəxanaya yerləşdirilib. Xəstə ilə yaxın təmasda olan şəxslər, o cümlədən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı və İcra Hakimiyyətinin əməkdaşları hazırda izolyasiya qaydalarına uyğun olaraq karantindədir.

 

Modern.az xəbəri dəqiqləşdirmək üçün Şamaxının icra başçısı Tahir Məmmədovla əlaqə saxlayıb. İcra başçısı bildirib ki, Şamaxı Rayon İcra Hakimiyyəti sosial izolyasiya rejimində işini davam etdirir:

 

"Şamaxı rayonunda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə aparılan profilaktik tədbirlər çərçivəsində rayon icra hakimiyyəti əməkdaşlarının növbəti dəfə testdən keçirilməsi zamanı 1 əməkdaşda testin nəticəsi müsbət olub.

Həmin əməkdaş müvəqqəti karantin zonasına yerləşdirilib. Digər əməkdaşlar Nazirlər Kabinetinin yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara uyğun olaraq sosial izolyasiya rejimində, əsasən onlayn şəkildə işlərini davam etdirirlər".

 

Qeyd edək ki, koronavirusa yoluxan şəxs Şamaxı rayon İcra Hakimiyyəti başçısının müavini Elxan İbrahimovdur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır