Modern.az

Rusiyada koronavirusdan ölənlərin sayı 4 min nəfəri keçib

Rusiyada koronavirusdan ölənlərin sayı 4 min nəfəri keçib

Aktual

28 May 2020, 12:16

Rusiyada son sutka ərzində daha 8371 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Modern.az xəbər verir ki, APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 379 051 nəfərə çatıb.

 

Son sutka ərzində 174 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 4142 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 150 993 nəfərdir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü