Goranboyda ər arvadını döyüb.
Modern.az xəbər verir ki, hadisə Qızılhacılı kəndində qeydə alınıb.
44 yaşlı Təhməz Orucov (şərti adla) taxta parçası ilə arvadının qarın və kürək nahiyələrindən vuraraq, ona xəsarətlər yetirib.
Zərərçəkənin şikayəti əsasında Təhməz polis əməkdaşları tərəfindən saxlanılaraq, barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2007-ci ildə evləniblər, nikahlarından 1 övladları var. Hadisə günü həyat yoldaşından Rusiyadan gələndə özü ilə gətirdiyi ayaqqabını ona verməsini istəyib. Lakin qadın verməyəcəyini dediyi üçün ər-arvad arasında mübahisə yaranıb.
Təhməzin sözlərinə görə, arvadı ilə barışıb və ona dəyən ziyanı ödəyib. Zərərçəkən qadın da ərinə qarşı şikayət və tələbinin olmadığını bildirib. Qadın bildirib ki, əri həmin ayaqqabını yyaş dostuna verəcəkmiş.
Məhkəmənin qərarı ilə T. Orucov 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.
İlyas Turan