Modern.az

Bu tələbələr ölkəyə buraxılmayacaq - QADAĞA

Bu tələbələr ölkəyə buraxılmayacaq - QADAĞA

30 May 2020, 22:28

Ağ ev Çindən olan bəzi tələbələrin, xüsusən də doktorantura təhsili alanların və tədqiqatçıların ABŞ-a daxil olmasını qadağan edib.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, Ağ evin məsələ ilə bağlı yaydığı bəyanatda həmin şəxslər ABŞ-ın yüksək texnologiyalar sahəsində intellektual mülkiyyətini oğurlamaqda ittiham edilir. İyunun 1-dən qüvvəyə minəcək qadağanın təxminən 3-3,5 min çinli tələbəyə şamil ediləcəyi güman olunur.

Çin Xarici İşlər Nazirliyinin rəsmisi Cao Licien bildirib ki, bu cür davranış iki ölkə arasında mədəni münasibətlərə zərər vura bilər. O, ABŞ tərəfini çinli tələbələrə qarşı hər hansı məhdudiyyət tətbiq etməyi dayandırmağa çağırıb.

Çin tərəfi ABŞ-ın ali təhsil ocaqlarının da bu qərara qarşı çıxacağına ümid edir. Qeyri-rəsmi məlumata əsasən, hazırda Birləşmiş Ştatlarda ildə təxminən 360 min çinli təhsil alır ki, onların ümumi xərcləri 14 milyard ABŞ dollarından çoxdur.

Qeyd edək ki, yeni növ koronavirus (COVID-19) böhranı dövründə tərəflər arasında münasibətlərdə soyuqluq daha da çoxalıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?