Modern.az

Türkiyədə COVİD-19 qurbanlarının sayı 4 540 nəfərə çatıb

Türkiyədə COVİD-19 qurbanlarının sayı 4 540 nəfərə çatıb

Aktual

31 May 2020, 21:59

Türkiyədə son sutka ərzində daha 25 nəfər koronavirusdan ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

 

Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 4 540 nəfərə çatıb:

"Bu gün ölkədə koronavirus testindən keçən 35 600  nəfərdən 839-nun cavabı pozitiv çıxıb. Bununla da yoluxanların ümumi sayı  163 942  nəfərə çatıb. Müalicə olunan 989  xəstə isə bu gün evə buraxılıb. İndiyədək  127 973 nəfər koronavirusdan müalicə olunub".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı