Arxiv
3 İyun 2020, 14:09 | AKTUAL
Tibb müəssisələrinin akkreditasiyasına görə dövlət rüsumunun məbləği müəyyənləşir

Tibb müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə tutulacaq dövlət rüsumunun məbləğləri müəyyənləşir.

 

Modern.az-ın məlumatına görə, Milli Məclisin Səhiyyə komitəsinin iyunun 4-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinə (birinci oxunuş) əsasən, dövlət rüsumu tutulmalı olan hərəkətlər və dövlət rüsumunun məbləği aşağıdakılardır:

 

- ambulator xidmət göstərən tibb müəssisələri - 2000 manat

- stasionar xidmət göstərən tibb müəssisələri - 4000 manat.

 

Eyni zamanda qanun layihəsində tibb müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri də göstərilir.

 

Belə ki, ambulator xidmət göstərən tibb müəssisələri üçün nəzərdə tutulmuş dövlət rüsumunun Bakı şəhəri üzrə 100 faizi, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərləri və Abşeron rayonu üzrə 70 faizi, digər regionlar üzrə isə 50 faizi ödəniləcək.

 

Stasionar xidmət göstərən tibb müəssisələri üçün nəzərdə tutulmuş dövlət rüsumunun 250-dən çox çarpayısı olan tibb müəssisəsi üzrə 100 faizinin, 101-250 çarpayısı olan tibb müəssisəsi üzrə 90 faizinin, 50-100 çarpayısı olan tibb müəssisəsi üzrə 70 faizinin, 50-dən az çarpayısı olan tibb müəssisəsi üzrə isə 50 faizinin ödənilməsi nəzərdə tutulur.

 

Qeyd edək ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 27 iyun 2019-cu il tarixli 1628-VQD nömrəli qanunu ilə tibb müəssisələrinin akkreditasiyası nəzərdə tutulub. Tibb müəssisələrinin akkreditasiyasını Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələrinə münasibətdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, digər tibb müəssisələrinə münasibətdə isə Səhiyyə Nazirliyi həyata keçirəcək.

 

Qanunda tibb müəssisələrinin akkreditasiyasına görə “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulması nəzərdə tutulub.

 

Həmin qanuna uyğun olaraq “Dövlət rüsumu haqqında” qanununda dəyişiklik layihəsi hazırlanıb. Qanun layihəsi ambulator xidmət göstərən tibb müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə tutulan dövlət rüsumunun məbləğini ərazi (regional) prinsipinə görə, stasionar xidmət göstərən tibb müəssisələrinin akkreditasiyasına görə tutulan dövlət rüsumunun məbləğini isə çarpayı sayına görə diferansiallaşdırır.

 

Tibb müəssisələrinin akkreditasiyasının məqsədi əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin, tibb müəssisələrinin fəaliyyətinin normativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi və əhalinin yüksək keyfiyyetli tibbi xidmət göstərən tibb müəssisəsi tərəfindən müayinə və müalicə olunması üçün seçim hüququnun təmin edilməsidir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Məmmədyarov Lavrova ZƏNG ETDİ - Cəbhədəki vəziyyət müzakirə olundu 13 İyul 2020, 14:59 Oğluna sünnət toyu etməyə cəhd göstərdi, CƏRİMƏLƏNDİ 13 İyul 2020, 14:35 Deputat: Ermənistan növbəti dəfə məqsədli şəkildə təxribata əl atdı” 13 İyul 2020, 14:34 Rusiya Azərbaycanla Ermənistan arasında vasitəçi olmaq İSTƏYİR 13 İyul 2020, 14:32 Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirilib 13 İyul 2020, 14:30 “Abituriyentlər üçün dərs vaxtı”nın sabaha olan CƏDVƏLİ 13 İyul 2020, 14:26 Azərbaycan diasporu etiraz bəyanatları yayır 13 İyul 2020, 14:24 Azərbaycanın Qazaxıstandakı səfirliyində dövlət bayrağı endirildi 13 İyul 2020, 14:20 “Aprel döyüşləri heç kimin yadından çıxmasın” - TƏHLİL 13 İyul 2020, 14:09 Evin həyətində narkotik əkən tutuldu - FOTO 13 İyul 2020, 14:05 “Nar” və TƏBİB “Günün Qəhrəmanları” müsabiqəsinə start verir 13 İyul 2020, 14:00 ““Ordumuzla birgəyik” demək azdır…” - Sahib Alıyev 13 İyul 2020, 13:55 YAP cəbhədəki təxribatla bağlı bəyanat YAYDI 13 İyul 2020, 13:49 Baş nazirin müavini: “Xalq yeni qəhrəmanlarını tanıdı” 13 İyul 2020, 13:43 Prezident: “Həlak olan hərbçilərimizin qisası alındı!” - YENİLƏNİB 13 İyul 2020, 13:40 Müdafiə Nazirliyinin rəsmisindən çağırış - “Düşmənin təxribatına inanmayın” 13 İyul 2020, 13:37 Deputat erməni təxribatının məqsədlərini AÇIQLADI 13 İyul 2020, 13:33 Sabahın hava PROQNOZU 13 İyul 2020, 13:30 Sabir Hacıyev: “Minsk qrupu işğalçı dövlətə təzyiq göstərə bilmir” 13 İyul 2020, 13:26 Türkiyədən Ermənistana mesaj: “Ağlınızı başına yığın Azərbaycanın yanındayıq” 13 İyul 2020, 13:22 Gənclər cəbhəyə getmək üçün müraciət etdi - RƏSMİ 13 İyul 2020, 13:16 Məmmədyarov rusiyalı həmsədrə və ATƏT nümayəndəsinə ETİRAZ ETDİ 13 İyul 2020, 13:13 İş icazəsi ilə Lerikdə istirahət edənlər cərimələndi - FOTO 13 İyul 2020, 13:09 “Hazırda Azərbaycan Ordusu düşmənə qarşı cavab tədbirləri həyata keçirir” - Vaqif Dərgahlı 13 İyul 2020, 13:06 Türkiyəli deputat: “Ermənilər BMT-nin atəşkəs çağırışına əməl etmir” 13 İyul 2020, 13:03 Bioloji Təbabət Klinikasında koronavirusa yoluxanlar var 13 İyul 2020, 13:01 Nazirlik Gəncədəki partlayışla bağlı məlumat yaydı 13 İyul 2020, 13:00 “Israel HaYom” qəzeti Ermənistanın Azərbaycana təxribatından YAZDI 13 İyul 2020, 12:55 Polis Müşfiqabadda baş verən silahlı insidentlə bağlı MƏLUMAT YAYDI 13 İyul 2020, 12:50 Gürcüstandan təxliyə olunan vətəndaşlarımız karantində qalmayacaq 13 İyul 2020, 12:45 Deputat Ermənistanın təxtibatından danışdı və beynəlxalq təşkilatları susmamağa ÇAĞIRDI 13 İyul 2020, 12:37 Türkiyədən ÇAĞIRIŞ: “İşğalda olan torpaqların azad olunmasının vaxtı çatıb” 13 İyul 2020, 12:34 Deputatlardan Minsk qrupuna ETİRAZ 13 İyul 2020, 12:32 Gədəbəydə polis əməkdaşı əmisini qətlə yetirdi 13 İyul 2020, 12:32 Ermənistanda fövqəladə vəziyyət avqusta qədər uzadıldı 13 İyul 2020, 12:26